FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Skeptisizm idi. Bu  tə"limin nümayəndələrindən biri  Sekst Empirik



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə40/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   36   37   38   39   40   41   42   43   ...   132
Fəlsəfə mühazirə

Skeptisizm
idi. Bu 
tə"limin nümayəndələrindən biri 
Sekst Empirik 
idi. Sekst Allahın adını şübhə 
altına alırdı, o, sübüt etməyə çalışırdı ki, skeptisizm çox orijinal bir təlimdir, onu 
başqa təlimlərlə qarışdırmaq olmaz. Empirik deyirdi ki, skeptisizm başqa fəlsəfi 
təlimlərdən onunla fərqlənir ki, bu fəlsəfi tə"limlər bir mahiyyəti qəbul edir, 
digərini isə rədd edir. Skeptik isə bütün mahiyyətləri qəbul edir, eyni zamanda 
onları şübhə altına alır. 
E.ə 
III 
əsrdə Romada 
yeniplatonçular 
meydana gəlmiş və eramızm V əsrinə 
qədər fəaliyyət göstərmişlər. Mistik fəlsəli cərəyan kimi tanınmış bu təlim 
xristianlıq fəlsəfəsinin mənbələrindən biri idi. Onların görkəmli nümayəndələri 
Ammano Sakkas 
(175-242), 
Plotin 
(205-270) və s.-in fıkrincə, hər şeyin əsasında 
fövqəlhissi, fövqəltəbii, əqldən yuksək ilahi prinsip durur. Guya varlığın bütün 
formaları ondan asılıdır. Plotin bu ilahi prinsipi mütləq varlıq adlandırır və onu 
dərk olunmaz hesab edirdi. O, mütləq varlıq dedikdə, Allalı nəzərdə tuturdu. 
Gerçəklikdə mövcud olan hər şeyin səbəbi bu mütləq varlıq -Allahdır. Plotin ruh 
probieminə də xeyli diqqət yetirir və belə hesab edirdi ki, ruh ilahi varlıqdan maddi 
varlığa müəyyən keçid anıdır. O deyirdi ki, ruh bədənlə üzvi surətdə bağlı deyildir, 
o, ümumdünya ruhunun bir hissəsidir. Plotinin tələbələrindən: 
Porfıri 
(232-304), 
Yamvlix (III 
əsrin axırı, IV əsrin əwəli), 
Prokl 
(412-485) və s. adlarını çəkmək 
olar. 
Romada geniş yayılmış fəlsəfi cərəyanlardan biri də 
eklektisizm 
idi. 
Eklektiklər bir-birinə zidd olan təlimləri, barışmaz görüşləri prinsipsiz şəkildə, 
mexaniki surətdə, birləşdirirdilər. Bu tə"lim Yunanıstandan sonra Romada geniş 
yayılmışdı. Görkəmli nümayəndəsi böyük siyasətçi və natiq 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin