Sokrat fəlsəfəsinin əsasını insan problemi təşkil edirdi, onun mərkəzində isə
insanın icmaya, cəmiyyətə, qanuna, allahlara münasibəti dururdu. Sokratın
fıkrincə, fəlsəfə insanın dərk edilməsinə həsr olunmalıdır,
bunun üçün, birinci
növbədə gərək "insan özü-özünü dərk etsin". Sokratın fikrincə, öz-özünü dərk
insanın öz daxili dünyasını dərk etməsi deməkdir. İnsan başa düşməlidir ki, dərk
olunmuş həyat, mə'nəvi sağlamlıq ən qiymətli ne"mətdir.
Sokrat insana aid
problemləri təbiətdə deyil, insanın özündə, onun, vicdanında, "daxili aləmində"
axtarırdı. O
deyirdi ki, əsl həqiqətə nail olmanın zəmanət vericisi vicdan -
"daymonion" olmalıdır (yunan dilində daymonion-ilahi qüvvə, Allah deməkdir).
Sokratın "Daymonionu" Allahın insana bəxş etdiyi vicdanın səsi,
sağlam ilahi
fikrin təzahürü idi.
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də
xeyirxahlıq və onun mahiyyəti haqqındakı fikirləridir. Onun nöqteyi-nəzərincə,
xeyirxahlıq çox yüksəl əxlaqi keyfiyyətdir. Xeyirxah insan səbrli,
qeyrətli və
ədalətli olur. Xeyirxah olmayan insan bu keyfiyyətlərə malik ola bilməz. Sokratın
fikrincə, həqiqi mə"nəvi kamillik xoşbəxtliyi, gözəlliyi, eyni zamanda, insan üçün
xeyirli olanları bilmək deməkdir. Bunları dərk etmək insana öz xoşbəxtliyinə nail
olmaqda kömək edir.
Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz-
özünü dərk etmək qabiliiyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər.
Sokrat yaşadığı dövrün və mövcud hakimiyyətin qanunsuzluqlarına və
ədalətsizliklərinə qarşı həmişə öz kəskin e"tirazını bildirirdi. Onu düşündürən
başlıca məsələ qanunlara ciddi əməl edilməsi və dövlətin bacarıqla idarə olunması
məsələsi idi. Sokrat belə hesab edirdi ki,
Dostları ilə paylaş: