FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Engels Demokriti empirik təbiətşünas və yunanlar



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə32/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   28   29   30   31   32   33   34   35   ...   132
Fəlsəfə mühazirə

. Engels Demokriti empirik təbiətşünas və yunanlar 
arasında birinci ensiklopedik zəka adlandırmışdır
. Demokrit öz əsərlərində 
fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, biologiya, tibb, ictimai həyat, pedaqogika, 
psixologiya, etika, fılologiya, ritorika, incəsənət nəzəriyyəsi, texniki və hərbi 
idarəetmə məsələlərinə də toxunmuşdur. 
Demokrit dünyanı atomlardan və 
boşluqdan ibarət olan əbədi, sonsuz, tükənməz obyektiv reallıq adlandırırdı. 
Bu onu göstərir ki, Demokrit qədim dövrdə materializmin ən görkəmli 
nümayəndəisi olmuşdur.
Onun ən böyük xidməti öz sələfi Levkipp ilə birlikdə, 
materiyanın atom quruluşu konsepsiyasını yaratmasından ibarət idi. Demokrit 
deyirdi ki, materiya boşluqda, əbədi hərəkətdə və sonsuz sayda olan atomlardır, 
(yunan dilində "atomos"- bölünməz deməkdir). Lakin o, atomu onun materiyanın 
ayrı-
ayrı növləri və formaları ilə eyniləşdirirdi
, belə hesab edirdi ki, atomlar 
bölünməzdir, dəyişməzdir və keyfiyyət cəhətdən yekcinsdir
. Onlar yalnız 
kəmiyyətinə görə bir-birindən fərqlənirlər. 
Demokritin varlıq haqqında tə"limi də filosoflarda xüsusi maraq doğurmuşdu. 
O, atomları varlıq adlandırır, boşluğu isə qeyri-varlıq hesab edirdi. Lakin onun da 
real surətdə mövcud olduğunu inkar etmirdi. 
Demokrit Kainatın sonsuzluğu, məhvedilməzliyi, heç bir qüvvə tərəfindən 
yaradılmadığı, sonsuz dərəcədə çoxlu dünyaların mövcudluğu haqqında bütöv bir 
tə"lim yaratmışdı. 
Demokritin hərəkət haqqında tə"limi də xüsusi əhəmiyyət kəsb edirdi. O belə 
hesab edirdi ki, atomlar boşluqda hərəkət edən zaman bir-biri ilə toqquşur və 
bunun nəticəsində onlar birləşirlər, bu birləşmədən də son nəticədə bizi əhatə edən 
şeylər, predmetlər meydana gəlir. Bu hərəkət əbədidir, "onun nə əvvəli var, nə 
axırı". Demokrit bu hərəkəti və inkişafı zərurət adlandırır, təsadüflərin bir obyektiv 
hadisə kimi mövcudluğunu isə inkar edirdi. Onun fikrincə, hər şey zərurətdən 
meydana gəlir. Demokrit hərəkəti inkişafın əsas mənbəyi hesab edir, lakin onu 
atomların məkan daxilində yer dəyişməsi kimi başa düşürdü. 
Demokrit hadisələrin səbəbiyyət əlaqəbrinə xüsusi əhəmiyyət verirdi O, təbii 
zərurətdən, hadisələrin səbəbiyyət asılılığından ətraflı danışır və onlara öz fəlsəfi 


baxışlarında xüsusi yer verirdi. O deyirdi ki, nə təbiətdə, nə də cəmiyyətdə heç bir 
hadisə səbəbsiz baş verə bilməz.
Demokritin cəmiyyət haqqında tə"limi də xüsusi maraq doğurur. Onun 
fikrincə, cəmiyyətin inkişafı insanların öz adi həyat tələbatlarını ödəməyə 
çalışmaları ilə əlaqədardır. Demokrit yunan quldarlıq demokratiyasının tərəfdarı 
idi. O, polisləri (şəhər-dövlət) qədim yunan quldarlıq demokratiyasının əsas dövlət 
forması hesab edirdi. 
Demokritin əsərlərində insanların tərbiyəsinə xüsusi diqqət vetirilir. Onun 
fikrincə, insan əxlaqının ən yüksək ölçüsü Vətən, xalq qarşısında borclu qalmaqdır.
Bütün bunlarla yanaşı, Demokrit quldarhq cəmiyyətini ideallaşdırır. O, 
qulların hər cür ictimai və siyasi hüquqlardan məhrum olunmasını qanunauyğun 
hesab edirdi. Filosof dövlətin yaxşı idarə edilməsinin zəruriliyinə xüsusi diqqət 
yetirirdi. O bu barədə yazırdı:"Yaxşı idarə olunan dövlət ən böyük dayaqdır. Elə 
dövlət hər cür tə"rifə layiqdir. Nə qədər ki, o, mövcuddur, rahatlıq və əmin-
amanlıqdır. Belə dövlət məhv olarsa, onunla birlikdə hər şey məhv olar". 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin