FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Anaksaqorun idrak nəzəriyyəsi də filosofların diqqətini cəlb etmişdi. O



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə31/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   27   28   29   30   31   32   33   34   ...   132
Fəlsəfə mühazirə

Anaksaqorun idrak nəzəriyyəsi də filosofların diqqətini cəlb etmişdi. O, 
hissi idrakı qəbul edir, eyni zamanda, deyirdi ki, əql, təfəkkür olmasa bizi 
əhatə edən mühit haqqında müdrik fikirlər söyləmək mümkün olmaz. 
Empedokl və Anaksaqorun sadəlövh materializmi İoniya filosoflarının, 
eleatların metafizik materializminə nisbətən irəliyə mühüm bir addım idi. Onların 
materialist baxışları Levkipp və Demokritin atomizmi üçün əsas yaratdı. Bu 
fəlsəfəsini Levkipp və Demokrit fəlsəfəsinə keçid mərhələsi kimi qiymətləndirmək 
olar. 
Qədim Yunan atomistlərin fəlsəfi baxışları
. Yunan fəlsəfəsinin ən 
böyük nailiyyətlərindən biri də 
Levkipp və Demokritin atomistik materializmi
idi. Bu fəlsəfə özünün atomistik konsepsiyası ilə antik dövr fəlsəfəsinin ən 
zirvəsinə qalxdı. 
Levkipp
(e.3. 500-440) Miletdə doğulub, sonra Eley şəhərinə orada 
Parmenidin, Ksenofanın və Zenonun tələbəsi olub. Onun 2 kitabı olduğu müəyyən 
edilib: "Ən böyük diakosmos" və "Əql haqqında". Levkipp bu əsərlərdə 
gerçəkliyin əsasında atomlar və boşluq durduğunu söyləmiş və demişdir ki
"dünyada yeganə mövcud olan atomlar və boşluqdur". "Atomlar boşluqda 
hərəkət edirlər". Levkippin fikrincə, öz böyüklüyü, forması və düzülüşü ilə 
xarakterizə olunan atomlar bütün şeylərin səbəbidir. Atomların birləşməsi və 
ayrılması nəticəsində şeylər meydana gəlir və məhv olur
. Beləliklə, Levkipp bu 
fikirləri ilə eleylilərin dəyişməz varlığı ilə Heraklitin daim dəyişən varlığını 
birləşdirdi. Levkippin tə"limi, Demokritin fəlsəfəsi ilə sıx əlaqədar idi. Bə"zi 


hallarda onların flkirlərini bir-birindən fərqləndirmək belə çətindir. Lakin 
Levkippdən fərqli olaraq, Demokrit atom haqqında tə"limini daha mükəmməl, 
daha ardıcıl formada şərh etmişdir. Yunan materializminin və atomistikasının ən 
görkəmli nümayəndəsi 
Demokrit 
(e.ə. 460-370) olmuşdur. O, Levkippin tələbəsi 
olmuş, Anaksaqordan da dərs almışdır. Dünyanı gəzmiş, İranda, Hindistanda
Babilistanda, Misirdə, Efiopiyada olmuşdur. Demokritin 70-dən çox əsəri olduğu 
müəyyən edilmişdir. Aristotel, Siseron, Plutarx kimi görkəmli alimlər onun adını 
böyük hörmətlə çəkmişlər

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin