FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə28/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   24   25   26   27   28   29   30   31   ...   132
Fəlsəfə mühazirə

varlıq təkcədir, dünyada 
ondan başqası yoxdur. Varlıq olmayan şey mövcud deyildir. 
O, varlığın hər 
hansısa bir qüvvə tərəfindən yaradıldığını inkar edir və onun əbədiliyini 
təsdiqləyirdi. Bu onu göstərir ki, Parmenid materializmə meyl göstərirdi. O, varlıq 
haqqında danışanda həm də deyirdi ki, varlıq dəyişməzdir, sükunətdədir. Parmenid 
varlığın hərəkət və inkişafını tamamilə inkar edərək göstərirdi ki dünyada mövcud 
olan nə varsa, hamısı varlıqdır, varlıq məkam tamamilə doldurduğu üçün hərəkət 
mümkün deyildir. “Təbiət haqqında” əsərinin əvvəlində o yazırdı: “Var olan o 
şeydir ki, o, olmaya bilməz, yəni bu varlıqdır”. 
Parmenidin idrak haqqında təlimi də maraqlıdır. O belə hesab edirdi ki, 
insanlar hissi idrak vasitəsilə predmetlər, şeylər haqqında fikir, rəy, mülahizə 
yaradır, lakin varlığın əsl mahiyyətini dərk edə bilmirlər. Onlar cisim və 
hadisələrin mahiyyətini rasional idrak vasitəsilə öyrənirlər. Parmenid yanlış olaraq 
idrakın bu iki pilləsini bir-birindən təcrid edirdi. 
Eley məktəbinin digər görkəmli nümayəndələrindən biri də 
Zenon
(e.ə. 490-
430) idi. Parmenidin görkəmli tələbəsi Zenonun fəlsəfi fikrin inkişaf tarixində rolu 
az olmamışdır. O, 
varlığın vəhdəti və bütövlüyü fıkrini qəbul edir, lakin onun 
dəyişkənliyi prinsipini rədd edirdi. 
Zenonun fikrincə, təbiətdə hər şey istidən, 
soyuqdan, qurudan, rütubətdən və onlann bir-birinə qarşılıqlı surətdə keçməsindən 
əmələ gəlir. O qeyd edirdi ki, “insanlar torpaqdan əmələ gəlmiş, onların ruhu isə 
yuxarıda göstərilən elementlərin qarışığından yaranmışdır”. Zenonun fikrincə, hər 
şeyin başlanğıcı olan varlıq təkdir
, hərəkətsizdir. O, hiss üzvləri vasitəsilə deyil, 
əql vasitəsilə dərk olunur. Onun fikrincə, hissi idrak həll edilməz ziddiyyətlərə 
aparıb çıxarır, buna görə də onun vasitəsilə gerçəkliyi dərk etmək mümkün deyil. 
Zenon bu ziddiyyətləri aporiyalar adlandırırdı.
Bütövlükdə Eley məktəbinin nümayəndələri dünyanın maddiliyi haqqında bir 
sıra fikirlər irəli sürsələr də, hadisələrə antidialektik münasibət bəsləmiş, Milet 
məktəbinin fəlsəfi təlimini inkişaf etdirə bilməmişlər. 
Cənubi İtaliyada fəaliyyət göstərən məktəblərdən biri də 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin