Dördüncü mərhələ fəlsəfə tarixinə Roma mərhələsi kimi daxil olmuşdur. Bu,
Antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. O, eramızdan əvvəl I əsrdən
başlayaraq eramızm V-VI əsrlərina qədər davam etmişdir.
İlkin Antik fəlsəfənin mərkəzində dünya binası, kainat necə qurulmuşdur?
Kosmosu, insanı, varlığı «öz-özünün»dən çıxış edib izah etmək mümkündürmü?
İnsan dünyanı dərk edib firavan yaşaya bilərmi? və s. kimi suallara cavab vermək
cəhdi antik fəlsəfədə güclü olmuşdur. Antik fəlsəfənin nümayəndələri təbiətin,
kosmosun, bütövlükdə dünyanın mahiyyətini tam, vəhdət
halında, bütöv şəkildə
dərk etməyə çalışımışlar.
Milet məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Milet məktəbinin
nümayəndiləri olan
Fales, Anaksimandr, Anaksimen hər şeyin, bütöv kainatın
ilkin maddi əsasını suda və havada görürdülər.
Milet məktəbinin əsasını
Fales (e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən
başqa, astronomiya, həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə
əsaslanaraq 28 may 585-ci ildə Günəşin tutulacağını əvvəlcədən xəbər vermişdi.
Fales
hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat
sudan yaranır, istər üzvi və istərsə də qeyri-üzvü aləmi sudan kənarda təsəvvür
etmək mümkün deyil. Fales deyirdi ki, bütün heyvanların başlanğıcı spermadır,
toxumdur, o da ki, mayedir; bitkilər rütubətdən qidalanır, su ilə meyvə verirlər,
susuz məhv olurlar;
Günəş də, ulduzlar da suyun buxarlandan qidalanırlar.
Deməli, hər şey sudan yaranır. Fales belə hesab edirdi ki, suyun özünda inkişaf
imkanları vardır. Dünyada hər şey suyun qatılaşması və parçalanması nəticəsində
meydana gəlir. Milet məktəbinin ikinci ən böyük nümayəndəsi
Anaksimandr (e.ə.
611-546) idi.
Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə meyl etmiş,
fəlsəfə ilə yanaşı təbiət elmləri, xüsusilə də
astronomiya ilə məşğul olmuşdur.
Anaksimandrda heliosentrik baxışların rüşeyminə rast gəlirik. O deyirdi ki, Yer