çağıran sosial
-
etik görüşlər mühüm yer tutur. Məzdəkilik sosial bərabərsizliyi
məhv etmək, ilkin mövcud olan Allahdan gələn ümumi bərabərliyi isə zorla həyata
keçirmək üçün fəal mübarizəyə çağırırdı. Məzdəkilərin ideyaları sonralar
xürrəmilər tərəfindən davam etdirilmişdir.
Məzdəkilik
Xürrəmilik
təliminə böyük təsir göstərmişdir. Tarixi ədəbiyyatda
xürrəm sözünü üç cür izah edirlər.
1.
Xürrəm
-
Ərdəbil yaxmlığmda yer adıdır;
2.
Xürrəm
-
şad, kefcil deməkdir;
3.
Xürrəmə
-
Məzdəkin qadmı və təbliğatçısı.
Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul
sayılmışdır. Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün
mənasını atəş sözünə istinadən izah etmək təklifıni irəli sürmüşdür. O, haqlı olaraq
yazır ki, feodal və burjua müəlliflərinin «xürrəm» sözünü əxlaqsıziıqla
əlaqələndirmələri, şübhəsiz, onlann elmi və siyasi cəhətdən dar düşüncəli olmaları
ilə izah edilməlidir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət ərzində
qəhrəmancasma azadlıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş
həyatı keçirən adamlar kimi vermək olmaz.
Xürrəm sözü, heç şübhəsi, «Avesta»dakı Xürrəm sözündəndir. Sonrakı
fılosoflar onu «Mənəvi işıq» mənasında işlətmişdilər. Xürrəm emanasiaya
prosesində İşıqlar işığından çıxan ilk nəticəyə deyilir. Bütün maddi varlıqlar məhz
Xürrəmin sayəsində vücııda gəlmiş seıyılır. Bəlkə elə buna görədir ki, Xürrəmilər
işıqlar işığı əvəzinə bu ilk nəticəyə pərəstiş etmişlər.
Atəşpərəstliyin (məcusiliyin) bir e
!
tiqad kimi Azərbaycanda tədricən
sıxışdınlmasına baxmayaraq onun ayrı
-
ayrı prinsip və ünsürləri uzun zaman
yaşayaraq adət və mərasimlərlə çulğalaşmışdır.
Dostları ilə paylaş: