a b c d
Şəkil 3.Çoxlu implant istifadəsinə nümunələr; a. Nyström milləri; b. Knowles milləri; c. Ucunda
yivləri olan 3 mm-lik tellər və güclü sabit bucaqlı lövhə istifadə edilən Deyerle metodu; d. Forgon
metodu ilə dördlü boyun vinti ve geri çıxmanın qabağını alan sabit bucaqlı lateral batress lövhəsi ilə
internal fiksasiya
Tək vintli implantın çatışmayan cəhəti rotasional yerdəyişməyə qarşı yetərsiz
qalması idi. Buna görə də bir çox cərrah tərəfindən iki, üç və daha çox vint və ya milin
(Knowles, 1936; Nyström, 1959) kombinasiyada istifadə edilməsi məsləhət
görülmüşdür(Şəkil 3a,b). Forgon (1975) dörd vintli və bucaqlı yan lövhəsi ilə dinamik
internal fiksasiya əldə etdi(Şəkil 3,d). O, bu implantla sınıq impaksiyasının və lateral
fiksasiyanın əhəmiyyətli olduğunu göstərdi. Deyerle (1980) isə qalın lövhədən keçən
çoxlu vintləri təklif etmişdi (Şəkil 3,c). (12,16,24,29,39).
|