Femur boyun siniqlarinda kanalli şurupun yiVLİ QİSMİNƏ AÇilan dəLİKLƏRDƏn təZYİq altinda sement veriLƏRƏk tutma güCÜNÜn artirilmasi



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1432
1   2   3   4   5   6   7   8   9   ...   41
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


10 

 

QISALTMALAR 



 

AO/ASIF:          Albeitgemeinshaft fur osteosynthenfragen/Assocition for the 

                           study of internal fixation 



AP:                     Anteroposterior(ön-arxa) 

LAT:                  Lateral 

KT:                     Kompüter tomoqrafiya 

SMS:                  Sümük mineral sıxlığı 

MRT:                 Maqnetik rezonans tomoqrafiya 

PMMA:             Polimetil metakrilat 

Q-KT:                Quantitative(keyfiyyət) kompüter tomoqrafiya 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


11 

 

1.



 

GİRİŞ və MƏQSƏD 

      


Yer  kürəsində  insanların  ömrü  uzandıqca  bud  sümüyü  boynu  sınıqları  da 

artmaqdadır.  Bu  sınıqlar  bəşəriyyətin  hal  hazırda  ən  ciddi  sosio-iqtisadi 

problemlərindən  birini  təşkil  edir.  Əhalisi  təqribən  üç  yüz  milyon  olan  ABŞ-da  hər  il 

280000  bud  sümüyü  boynu  sınığı  qeyd  edilir  və  müalicəyə  alınır.  2050-ci  ildə  bu 

miqdarın 2 qat artacaği düşünülür.(45). Bu xəstələrin xəstəxanada yatış günləri onkoloji 

xəstələrinkindən də çoxdur.(24).   

      Bud  sümüyü  boynu  sınıqları  müalicə  nöqtəyi  nəzərən  ortoped-travmatoloqlar 

arasında həmişə mübahisə mövzusu olmuşdur və indi də bu patologiyanın müalicəsində 

kifayət  qədər  müvəffəqiyyət  əldə  olunmamışdır.  İnkişaf  etmiş  ölkələrdə  yaşlı  əhali 

getdikcə artmaqda və osteoparozun qabağının alınması üçün istifadə olunan dərmanlar 

da  bu  sınıqların  miqdarını  azaltmamaqdadır.  Bunun  nəticəsidir  ki,  bu  xəstələtin 

osteoparozlu  sümüklərindəki  sınıqların  müalicəsində  internal  fiksasiya  metodu  ilə 

müalicə  getdikcə  azalmaqda  və  artroplastika  əməliyyatları  isə  artmaqdadır. 

Artroplastika  əməliyyatları  isə  müalicə  məsrəflərini  artırmaqdadır.(1,9,14,24,43,49). 

Bud  sümüyü  boyun  sınıqlarında  artroplastika  əməliyyatlarının  üstün  cəhətləri  olduğu 

kimi çatışmayan cəhətləri də var.(7). 

      Bud  sümüyü  boyun  sınıqları  əksəriyyət  ölkələrdə  65  yaşın  üstündəki  xəstələrdə 

artroplastika  metodu  ilə  müalicə  edilir.  Bu  metodla  bud  sümüyü  başı  çıxarılır  və 

nəticədə insan orqanizminə aid hissə metal bir protezlə dəyişdirilir. Bu metodda internal 

fiksasiyaya  nəzərən  daha  çoz  ağırlaşma  görülür.  Eyni  zamanda  kanallı  vintlərlə 

müqayisə  edildikdə  artroplastika  təqribən  on  qat  bahalı  metoddur.  Meta-analiz 

təcrübələrdə  artroplastika  təkrar  əməliyyatları  azaltmasına  baxmayaraq,  infeksiya, 

əməliyyat zamanı qan itirilməsi, əməliyyat vaxtını və ölüm nisbətini artırır.(7). Əvəllər 

istifadə olunan kanallı vintlərlə kifayət qədər fiksasiya əldə edilmədiyi üçün bu yaş qrup 

xəstələrin müalicəsində artıq istifadə edilmir. 



12 

 

      Digər  tərəfdən  bud  sümüyü  boyun  sınıqlarının  internal  fiksasiya  ilə  təsbit 



metodlarının inkişafında təcrübələr davam etdirilmiş, ancaq Richards kompressiya mili 

və kanallı vintlər xaricində əsaslı addım atıla bilinməmışdır.(8,11,23,31). 

      Xəstələrin  10-15%-ində  cərrahdan  asılı  olmayan  ağırlaşmalar  baş  verir.  Təcili 

əməliyyat,  anatomik  reduksiya,  sınıq  xəttində  kompressiya,  sərt  internal  fiksasiya 

cərrahdan,  materialdan  və  sınıq  tipindən  asılı  olan  faktorlardır.  Bud  sümüyü  başının 

vaskulyarizasiyasındakı  damarların  zərər  görməsi  cərrahdan  asılı  deyil,  amma  uyğun 

olmayan  reduksiya  və  implant  çatışmazlığı  bunu  daha  da  artırır.(45).  Meta-analiz 

təcrübələrdə  bud  sümüyü  başının  avaskulyar  nekrozu        11-19  %  və  psevtoartrozu  isə 

23-37 %-dir.(31). 

      Bud  sümüyü  boynu  sınıqlarında  internal  fiksasiyanın  mexanik  stabilliyini  artırmaq 

üçün vintlər üç  nöqtə  prinsipi ilə  qoyulmalıdır(lateral korteks,  bud  sümüyü  kalkarı  və 

subxondral  sümük).(24).  Xəstələrin  çoxu  yaşlı  olduğu  üçün  osteoparoz  nəticəsində 

internal fiksasiyanın çatışmamazlığı əmələ gəlir. Sınığın stabilliyi və bitişmasi arasında 

korrelyasiya  təcrübələrlə  sübut  edilmişdir.(43).  İmplantın  miqrasiyasını  azaltmaq  və 

ikincili sınıq  yerdəyişməsinin  qarşısını  almaq  üçün  bud  sümüyü  başına  daha  möhkəm 

tutuna bilən müxtəlif dizaynlı vintlər icad edilmiş və ya müxtəlif materiallarla (PMMA, 

Kalsiyum fosfat) vintin tutma gücü artırılmışdır.(14,35,36,38,49). 

      Bizim dizayn etdiyimiz  kanallı vintin bud sümüyü başını tutan yivli qismi üzərində 

dəliklər var. Vintin kanal qismi içindən bud sümüyü başına maye PMMA təzyiq altında 

inyeksiya  edilərək  sınığın  daha  yaxşı  fiksə  ediləcəyini  düşündük.  Bu  gücləndirmə  ilə 

implant  miqrasiyasının  və  ikincili  sınıq  yerdəyişməsinin  qabağının  alınması  məqsədi 

güddük. Eyni zamanda sərt fiksasiya ilə xəstələrin daha əvvəl mobilizasiya ediləcəyinə 

inanırdıq.  

      Proyektimiz  bu  mövzuda  keçmiş  təcrübələrə  və  müasir  texnologiyaya  əsaslanır  və 

elmi  ədəbiyyata  uyğun  olduğu  üçün  asan  qəbul  edilən  və  geniş  istifadə  ediləcək  yeni 

metod inkişaf etdirmə məqsədi daşıyır. 

 

 



13 

 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin