2.
ÜMUMİ MƏLUMAT
2.1. Tarixi
Proksimal bud sümüyü sınıqları haqqında ilk məlumat 16. əsrdə Amroise Pare
tərəfindən verilmişdir. O vaxta qədər bu sınıqlar çıxıq sayılırdı.(24).
Cooper (1882) ekstrakapsulyar və intrakapsulyar sınıqları müqayisə edərək
birincinin nəticələrinin daha qənaətbəxş olduğunu və ikincinin bitişmədiyini qeyd
etmişdir. Eyni əsrdə bu mühakimə əsas götürülmüş və 1858-ci ildə von Langenbeck,
daha sonra Senn (1889), ardından Nicolaysen (1897) və Delbet (1919) bu sınıqları
millərlə, vintlərlə, incik sümüyündən kortikal sümük greftləri ilə açıq reduksiya və
internal fiksasiya metodu ilə müalicə etməyə çalışmışdır. Senn heyvanlarda təcrübələr
apararaq intrakapsulyar bud sümüyü boynu sınıqlarının uyğun reduksiya və stabilizasiya
ilə sağala biləcəyi fikrini müdafiə edən bir neçə cərrahdan bir idi. Aseptik şəraitin,
implantların toxuma uyğunluğunun olmaması və ya zəif olması və mexaniki stabilliyin
ürək açan olmaması əməliyyat nəticələrinə pis təsir edirdi. Buna görə hətta Kocher
(1896) bud sümüyü başının rezeksiyasını təklif etmişdir.(10,24,30,47).
Sınığın bitişməsi ilk dəf Whitman (1925) tərəfindən sınıq reduksiya edildikdən
sonra gipsə alınaraq bir neçə xəstədə əldə edilmişdir. Təqribən altı aylıq bu müalicə
metoduyla xəstələrin çoxunda ağırlaşma qeyd olunurdu. 1936-cı ildə Hohenhaq bu
vəziyyəti belə şərh etmişdir: Bud sümüyü boynu sınığı yaşlıların xəstəliyidir və çox
vaxtı sonun başlanğıcıdır. Xəstələrin əksəriyyətinin ölümünə pnevmaniya, sidik-ifrazat
sisteminə bağlı sepsis və ya yataq yaraları səbəb olur. Bu acı sonun qarşısını almaq üçün
həkimlər xəstələri ayağa qaldırmaq üçün əlindən gələni etməlidir.(24,54).
İlk dəfə Axhausen Cooperin dediklərinə qarşı çıxmışdır. O autopsiya vaxtı
tamamlilə osteonekrozlu başı olan sınığın bitişdiyini göstərmişdir. Daha sonra sınığın
bitişmə müddətini azaltmaq üçün yeni təcrübələr aparılmışdır. 1925-ci ildə ilk dəfə
Smith-Petersen bu yöndə öz üç yaxalı mili ilə ilk böyük addımı atmışdır (Şəkil 1, a).
Mil artrotomiya edildikdən sonra taxılırdı. Daha sonralar Johansson (1932)
14
mərkəzindən kanal keçən mil istifadə edərək lazımsız artrotomiyanın qabağını almışdır
(Şəkil 1,b). O mərkəzindən kanal keçən mil və rəhbər istifadə edərək lazımsız
artrotomiyanın qabağını aldı. Eyni vaxtda Jerusalem də oxşar mil dizayn etmişdir.
Rəhbər telin keçəcəyi dəlik iki yaxa arasındakı gövdədə yerləşirdi. Felsenreich (1938)
və Böhler (1996) yaxaları genişlədərək fiksasiyanın stabilliyini artırdılar və milin boyun
qisminə sivri çıxıntı(spike) dizayn edərək geri çıxma riskini azaltdılar (Şəkil 1,b).
(15,24,26,48).
Dostları ilə paylaş: |