Fənn: Anatomiya və Fiziologiya Müəllim: Məmmədov Zahid



Yüklə 22,27 Kb.
tarix16.12.2023
ölçüsü22,27 Kb.
#183599
anatomiya 7.2.tb4


SƏRBƏST IŞ

Fənn:Anatomiya və Fiziologiya


Müəllim:Məmmədov Zahid
Kurs,qrup: 1-ci kurs,Tibb bacısı 4
Mövzu:Nazik bağırsaqlar.Yoğun bağırsaq.Quruluşu,topoqrafiyası,funksiyası.Periton,qarın boşluğu
Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenueyun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür:

  • Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA)

  • Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA)

  • Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA)

Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s. mesaracium deyilir. Nazik bağırsağın hissələrinin diametri bir deyildir, belə ki, yuxarı hissələrdə 4-6 sm və aşağıda 2.5-3 sm-ə bərabərdir.
Nazik bağırsağın daxili səthi xovlarla örtüldüyü üçün məxmər kimi olur. 1 kv san-də olan 2500-ə qədər xov nazik bağırsaqların selikli qişasının sorma səthini artırır. Xovların divarları birqat epiteli ilə örtülmüşdür. Hər bir növ xov hüceyrəsi 3000-ə qədər mikroxovcuqlara malikdir. Hər xova qan və limfa damarı daxil olub, burada kapillyar tor əmələ gətirir. Suda həll olmuş aminturşular və qlükoza xovların kapilyarlarından qana sorulur. Xovlar bağırsağın sorma səthini 1000 dəfəyə qədər artırır. Qliserin və yağ turşuları əvvəlcə xovların epiteli hüceyrələrinə keçir və burada insan orqanizmi üçün xarakterik olan yağlar əmələ gətirir. Yağlar limfa damarlarına sorulur və limfa ilə birlikdə ürəyin sağ qulaqcığına açılan boş vena məcrasına qovuşur. Onikibarmaq bağırsağın uzunluğu 25–30 sm, diametri 3–5 sm bərabərdir. Onikibarmaq bağırsağa qaraciyər və mədəaltı vəzinin axarları açılır.
Nazik bağırsaq şirəsinin mühiti qələvi reaksiyaya malik olub, mədədən daxil olan turş qida mühitini neytrallaşdırır. Nazik bağırsaqlarda həzm prosesi bir-birilə əlaqəli 3 mərhələdə gedir: boşluq həzmi, membran həzmi və sorulma. Öyrəndiyimiz hüceyrədaxili və hüceyrəxarici həzm tipindən başqa A.M.Uqolyev tərəfindən kəşf edilən üçüncü membran həzm tipi müəyyən edilmişdir. Membran həzmini hüceyrədaxili və hüceyrəxarici mühit sərhədində membranın üzərində xovlar arasında fiksə olunmuş çoxlu fermentlər həyata keçirir. Ölçüləri iki qonşu mikroxovlar arasındakı məsafədən kiçik olan qida hissəcikləri membran həzmə məruz qalır. Su, aminturşular, qlükoza, qliserin və monosaxaridlər xovların qan kapilyarlarına sorulur və bütün orqanizmə aparılır.

Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür:



  1. Kor bağırsaq — lat. cecum (intestinum caecum - BNA);

  2. Çənbər bağırsaq — lat. colon;

  3. Düz bağırsaq — lat. rectum (intestinum rectum - BNA).

Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat. appendices epiploicae vasitəsilə nazik bağırsaqdan ayrılır. Yoğun bağırsaq insanın və çox heyvanların həzm traktının sonuncu hissəsidir. O bağırsağın bir hissəsidi, nazik bağırsaqdan sonra başlayır və anal kanalla bitir.
Periton (lat. peritoneum) — ən böyük seroz qişa, qarın və çanaq boşluğu divarlarını daxildən və burada olan üzvləri xaricdən örtür. Qarın boşluğu - lat. cavum abdominis yuxarıdan tərəfdən - diafraqma ilə, on və yan tərəflərdən qarın əzələləri ilə, arxa tərəfdən - bel əzələləri və bel fəqərələlərinin cisimləri ilə əhatə olunmuşdur. Aşağı tərəfdən bu boşluq böyük və sonra kiçik çanaq boşluğuna keçir.
Yüklə 22,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin