Fənn: Atletika Atletikanın növləri



Yüklə 23,13 Kb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü23,13 Kb.
#41272
1   2   3   4   5   6   7   8   9   10
atletika (1)

Vəliyev Münasib , BT-46

Fənn: Atletika

2. Atletikanın insan həyatı üçün əhəmiyyəti

Yüngül atletika ən qədim idman növlərindən biri hesab edilir. Bu növ özündə qaçış idman növlərini, idman yerişini, tullanmalar və atmaları, çoxnövçülük və kross yarışlarını birləşdirir. Yüngül atletikanın yaranma tarixi qədim olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə təsadüf edir. Maraqlısı odur ki, həmin dövrlərdə keçirilən olimpiya oyunları yalnız idman yarışları deyil, həm də idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük mərasim idi. Qədim tarixə malik olmasına baxmayaraq, müasir yüngül atletika oyunlarının geniş yayılması XIX əsrin son illərinə təsadüf edir.

Ümumiyyətlə, atletika özündə bir çox idman növünü ehtiva edir: 100, 200, 400, 800, 1500, 3000 metrlik məsafəyə qaçış, 110 və 400 metrlik məsafəyə sədlərlə qaçış, 2000 metrlik uzaqlığa maneələrlə qaçış, 10 min metrlik idman yerişi, hündürlüyə tullanma, şüvüllə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma, lövhəatma, çəkic­atma, nizəatma.

Naxçıvan Muxtar Respublikasında yüngül atletikanın geniş yayılmış növü qaçışdır ki, hazırda Yüngül Atletika Federasiyasının təşkil etdiyi yarışların əksəriyyəti məhz 200, 400, 800 və 1500 metrlik məsafəyə qaçış və ya kross yarışlarından ibarətdir. Yüngül atletika digər idman növlərindən fərqli olaraq, insanın özünü bu sahədə sübut etməsi üçün zaman tələb edir. Yəni hər qaçan, qaçmağı bacaran kəs atlet ola bilməz. Bu idman növünə başlamazdan öncə insan mütləq şəkildə həkim nəzarətindən keçməlidir.

Yüngül atletikanı seçənlərin ən böyük səhvi isə bu növə sürətli başlanğıc etmələridir. Məşqlərə tədricən, yavaş başlayıb fiziki gücü müəyyən bir həddə çatdırmaq lazımdır. Sürətli fiziki gərginlik insanı sağlamlaşdırmır, əksinə, orqanizmi zəiflədir. Sağlam olmaq üçün asta qaçmaq məsləhətdir. Sürətli qaçmaq və ya beton, asfalt yerdə qaçmaq isə oynaqlar üçün təhlükəlidir.


Yüklə 23,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin