Fənn: Atletika Atletikanın növləri



Yüklə 23,13 Kb.
səhifə5/10
tarix02.01.2022
ölçüsü23,13 Kb.
#41272
1   2   3   4   5   6   7   8   9   10
atletika (1)

Vəliyev Münasib , BT-46

Fənn: Atletika

5. Atmalar bölməsi

Atma-idmançının əzələ qüvvəsinin səyilə alətin havada yerini dəyişmək deməkdir.Yüngül atletikada idman alətləri yalnız bir istiqamətə-uzağa atılır.Bütün atmalar mexanikanın ümumi qanunlarına tabe edilmişdir.Bucaq altında havaya atılan hər hansı bir əşya həmin əşyanın gələcəkdə uçuş uzaqlığını müəyyən edən eyni bir şəraitə təsir göstərir. Alətin uçuş uzaqlığı alətin əvvəlki sürətindən,uçuş bucağından və havanın müqavimətindən asılıdır.Göstərilən bütün bu amillərin hər birinin əhəmiyyəti müxtəlifdir.Məlumdur ki,müvəffəqiyyət ilk sürətin nə dərəcədə olmasından çox asılıdır.İlk sürətin böyük-kiçikliyindən asılı olaraq alətin uçuş bucağının əhəmiyyəti də dəyişir.Havanın təziqi,ümumiyyətlə,alət atmağa mane olur,lakin ayrı-ayrı hadisələrdə (löhvə və nizə atmaqda) havanın təzyiqindən alətin uzunluğunu artırmaqda istifadə etmək mümkündür.

İdman alətini atarkən çalışmaq lazımdır ki,bütün hərəkətlər,bütün səylər mümkün qədər daha çox ilk uçuş sürəti qazanmağa kömək etsin,belə olduqda,alət üçün daha əlverişli uçuş bucağı əmələ gəlir və hava alətə daha az müqavimət göstərir.Alətin ilk uçuş sürəti və uçuş bucağı aləti atan idmançının bütün hərəkətlərindən ibarətdir.Yüngül alətləri (əl qumbarasını,nizəni) baş üzərindən atdıqda, habelə bəzi alətləri (löhbə,çəkic,yadro) dönüşlə atdıqda sürət daha da artıq olur.Tam atma hərəkətinə qaçış,dönüş və ya sıçrama daxildir.Atmanın ünsür və mərhələləri arasında:1.aləti tutmaq,2.qaçış və ya dönüş,3.atılan aləti ötmək,4.sonuncü səy-aləti buraxmaq ,5.aləti atandan sonra müvazinəti saxlamaq kimi ümumi bir uyğunluq və vəhdət əhəmiyyətə malikdir.


Yüklə 23,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin