Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu: Akademik yazının struktur qaydaları Kurs: 1 Qrup: 323a Müəllimə: Dos.Ş.İskəndərova


Köçürməyin, öz fikrinizi təqdim edin



Yüklə 60,83 Kb.
səhifə5/6
tarix07.01.2024
ölçüsü60,83 Kb.
#202455
növüYazı
1   2   3   4   5   6
Gülnaz az-dili pdf

Köçürməyin, öz fikrinizi təqdim edin
Akademik yazının istənilən növündə plagiarizm xoşagəlməz haldır və sizin üçün heç də xoşunuza gəlməyəcək nəticələr doğura bilər. Bundan yayınmağın yolu ədəbiyyatlardan istifadə zamanı, oxuduğunuz mətni öz sözlərinizlə qısaca müəllifin fikri olaraq qeyd etməkdir (paraphrase it!) və mütləq istinad (сноска, reference, dipnot) göstərməkdir. İstinadlar üçün Chicago və yaxud tələb olunarsa, APA stilindən istifadə edə bilərsiniz, önəmli olan stildəki vahidlikdir. Yəni istinadlarınızı əvvəlcədən Chicago stilində vermisinizsə, belə də davam edin. Bu vahidliyi fontlarda və yazı ölçüsündə də gözləyin. Bir mətni eynilə almısınızsa, onu dırnaq (“”) işarəsi daxilində qeyd etməyiniz və yenə istinad göstərməyiniz tələb olunur. Bəzən yeni və innovativ fikirlərlə qarşılaşdığınız zaman, bir neçə səhifə əvvəl yazdığınız mətnlə əlaqədar olduğunu düşünürsünüzsə, geri qayıdıb o mətnə əlavə və dəyişikliklər etməkdən çəkinməyin. Bunu etmək sizə əsərinizi bəzəməkdən əlavə, yazınızın sistemini unutmamaqda kömək edəcək.
Struktur və ideyaların ardıcıllığına diqqət edin
Yazınız hər nə qədər gözəl olsa da, “bir dediyiniz digərini tutmasa” heyif yazınızdan. Ardıcıllıq və səmimilik akademik yazının başlıca estetik qaydalarıdır. Yazınızın ilk cümləsindən son cümləsinə qədər maksimum səmimi olun və arqumentlərinizin bir-birini izləməsinə xüsusi diqqət yetirin. Oxucunu elmi mübahisələrin dərinliyinə birbaşa çəkmək yerinə, qısa tarixcə, maraqlı fakt və yeri gələndə cüzi frazeoloji birləşmələrdən istifadə edərək cəlbedici girişə nail ola bilərsiniz. Elmi mübahisələrə yer verdiyiniz zaman da ideyaların bir-biri ilə uyğunluğu əsas qaydanız olsun. Məsələn, bənzər görüş bildirən doktrinal mənbələrdən bəhs etdikdən sonra, əks görüşə keçməyiniz, daha sonra isə öz mövqeyinizi bildirərək, müzakirə olunan məsələlərin icmalını hazırlamağınız məqsədəuyğundur. Hansı dildə yazmağınızdan asılı olmayaraq, keçid sözlərdən (transitive words) abzaslar arasında istifadə etməyiniz tələb olunur. Bu oxucuya ideyalarınızın birindən digərinə keçdiyinizi hiss etdirəcək, qarışıqlığı minimuma endirəcək.

Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin