Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu: Akademik yazının struktur qaydaları Kurs: 1 Qrup: 323a Müəllimə: Dos.Ş.İskəndərova



Yüklə 60,83 Kb.
səhifə4/6
tarix07.01.2024
ölçüsü60,83 Kb.
#202455
növüYazı
1   2   3   4   5   6
Gülnaz az-dili pdf

Ətraflı araşdırma aparın
Mövzunuzu seçdiniz. İndi isə əvvəlcə açırsınız axtarış sistemlərini və başlayırsınız internet aləmini ələk-vələk etməyə. Mövzunuza dair kitabların, məqalələrin siyahısını çıxarın və mütləq və mütləq kitabxanalardan istifadə edin. Araşdırmalarınız sizin işinizin sistemini müəyyən etməyə kömək edəcək. Ədəbiyyatları araşdırarkən, dil imkanlarından maksimum istifadə edin və qeyd edim ki, yazacağınız mövzuda olduqca zəngin ingilis dilli kitablar mütləq tapacaqsınız. Google Scholar-dan istifadə etməyiniz bu mənada işinizə yaraya bilər. Mündəricatınızı hazırlamağa başlayın və nəzərinizdə saxlayın ki, bu son siyahı deyil. Yazdıqca, əlbəttə ki, əlavələr və dəyişikliklər olacaq, yenə də ilkin mündəricat faydalı ola bilər.

Məzmunu formalaşdırın
Brainstorming! Bəli, bu mərhələdə işinizin gedişatını təxminən planlaya bilərsiniz. Vaxt bölgüsünə diqqət etsəniz, işinizə “1-0” öndə başlayarsınız. Mövzunuzun problemli tərəflərini, qarşılaşacağınız çətinlikləri düşünüb qeyd etməyə çalışın və bu sahədə təcrübəli şəxslərdən tövsiyə almaqdan çəkinməyin. Çünki siz bir elmi iş yazırsınız və yazdığınız işin elmə bir faydası olmayacaqsa, axı o kimə lazımdır? Siyahısını hazırladığınız materialları oxuyun və öz fikrinizin formalaşıb-formalaşmadığını yoxlayın, qeyd edin. Mövzunuz haqqında məlumat ala biləcəyiniz təlim və ya seminarlarda mütləq iştirak edin.
Sadəcə başlayın
Çoxumuz üçün çətin olan həmişə başlamaqdır. Amma bəzən biz üzərimizə gərəyindən çox məsuliyyət yüklədiyimiz üçün, elmi işin məqsədlərindən uzaqlaşa bilirik. Ona görə də, gecikdirmədən başlamaq lazımdır. Başlarkən, giriş və nəticə hissələrindən yox, mündəricatda ilk araşdıracağınız başlığa start verin. Giriş və nəticə hissələri ən sonda yazılmalıdır. Yazdığınız işin, sadəcə başlanğıc üçün, o qədər də əhəmiyyətli olmadığını düşünüb məsuliyyəti yüngülləşdirərək başlaya bilərsiniz. Ancaq yazdıqca, ciddiyyətinizi maksimuma yüksəldin və işinizi sevərək davam edin. Səssiz, mehriban bir ortam sizə yazınızda kömək ola bilər. Bəzən də, çox səs-küylü və yeni kəşf etdiyiniz mahnı olmaması şərtilə, həzin bir musiqi.

Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin