Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 45 diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun
ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı
pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr-
1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası
adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan
Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də
Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal
bəyannaməsini qəbul etmişdir.
Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-
Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və
parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki
əhəmiyyətini saxlamaqdadi.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti müddətində 5 dəfə hökumət kabinəsi təşkil
edilmişdi. Onun 3-nə F.X.Xoyski və 2-nə isə N.B.Yusifbəyli başçılıq etmişdi.
Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri Dövlət
rəmzlərinin qəbul edilməsi idi.
Sözləri şair Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyov tərəfindən yazılmış dövlət himninin
qəbul edilməsi, milli ordunun yaradılması və türk dilinin dövlət dili elan edilməsi də milli dövlət
quruculuğu yolunda mühüm addımlar idi.
Dövlət quruculuğu sahəsində Xalq Cümhuriyyətinin atdığı mühüm addımlardan biri də milli
ordunun yaradılması idi. Dost Türkiyə bu sahədə Azərbaycana yaxından kömək etmişdi. Nuru Paşanın
başçılığı ilə Gəncədə az müddətdə «xüsusi Azərbaycan korpusu» yaradılmışdı. Artıq 1920-ci ilin
əvvəllərində Azərbaycan ordusunun sıralarında 40 min nəfər əsgər var idi. Ondan 10 mini süvari ordu
idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy Sultanov, sonra general
Səməd ağa Mehmandarov olmuşdu. Onun müavini general Əliağa Şıxlinski idi.
Xalq Cümhuriyyəti sosial-iqtisadi və mədəni quruculuq sahələrində də mühüm tədbirlər həyata
keçirmişdi. Neft sənayesini bərpa etməyə başlamış, Bakı-Batumi neft kəmərini bərpa etmişdi. Bakı-
Culfa dəmir yolunun çəkilişini başa çatdırmışdı, Milli Dövlət Bankını və Teleqraf agentliyini təsis
etmişdi.
Hökümət respublika sərvətlərinin xaricə daşınmasının qarşısını almışdı. Milli valyutanın (Bakı
bonunun) möhkəmlənməsi üçün tədbirlər görmüşdü.
Əmək birjaları yaratmış, səhiyyənin qaydaya salınması üçün tədbirlər görmüşdü. Səhiyyə və
sosial təminat nazirlikləri yaratmışdı.
Aqrar məsələnin həlli sahəsində səylər göstərmişdi. Bu məqsədlə S.Ağamalıoğlu başda olmaqda
xüsusi komissiya yaratmışdı.
Mədəni quruculuq sahəsində də tədbirlər həyata keçirmişdi. Hökumətin tərkibində Azərbaycan
Xalq Maarifı Nazirliyi yaradılmışdı. Bütün ibtidai məktəblərdə təhsilin ana dilində - türk (azərbaycan)
dilində aparılmasına keçilmişdi,
Dərslər rus dilində aparılan siniflərdə məcburi surətdə həftədə 3-4 saat türk dilinin keçilməsinə
başlanılmışdı. Əlifba islahatının keçirilməsinə cəhdlər göstərilmişdi. Qızların məktəblərə cəlb
olunması genişləndirilmişdi.
İbtidai və orta ixtisas məktəblərinin şəbəkəsi genişlənmişdi. Artıq 1919-cu ilin əvvəllərində
respublikada 637 ibtidai və 23 orta ixtisas məktəbi fəaliyyət göstərirdi.
Müəllim kadrlarının hazırlanmasına diqqət artırılmışdı. Kişi və qadın pedaqoji məktəbləri
açılmışdı. Qori müəllimlər seminariyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürülmüş və müstəqil
seminariyaya çevrilmişdi. 1919-cu ilin sentyabrında Bakıda da kişi seminariyası açılmışdı. Respublika
məktəblərində işləmək üçün Türkiyədən müəllim kadrları dəvət olunmuşdu. Dərsliklərin hazırlanması
və nəşri sahəsində tədbirlər həyata keçirilmişdi.
1919-cu ildə Bakı Dövlət Universiteti yaradılmışdı. O, həmin il noyabrın 15-dən fəaliyyətə
başlamışdı. Oxumaq üçün xaricə 100 nəfər gənc göndərilmişdi.