Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
42
MÖVZU 21
AXC-in yaranması və fəaliyyəti. Parlament və dövlət quruculuğu.
Rusiyanın Aprel istilası və AXC-in süqutu. Azərbaycan
Cümhuriyyətinin yaradılması.
1918-ci ilin yazında Cənubi Qafqaz hökumətinin Türkiyəyə
müharibə elan etməsi və
azərbaycanlıların mart soyqırımına məruz qalması Azərbaycan Cümhuriyyətinin yaranmasını zəruri
etdi.
1918-ci il mayın 26-da Gürcüstanın seymdən çıxmaq haqqında bəyanatından sonra Zaqafqaziya
Seymi özünün buraxdığını elan etdi.
Mayın 27-də M.Ə.Rəsulzadə Azərbaycan fraksiyasının yaratdığı müvəqqəti Milli Şuranın sədri
seçildi. 1918-ci il mayın 28-də Tiflisdə qəbul etdiyi ―İstiqlaliyyət bəyannaməsi‖
ilə XIX əsrin
əvvəlində itirilmiş dövlətçiliyimiz Azərbaycan Cümhuriyyəti formasında bərpa olundu.
―İstiqlaliyyət bəyannaməsinin‖ əsas müddəaları bunlardır.
1) Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2) Müstəqil Azərbaycanın siyasi quruluş forması cümhuriyyətdir.
3) Azərbaycan cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri xüsusən qonşu xalqı və dövlətlərlə
dostluq əlaqələri yaradılacaqdır.
4) Bütün vətəndaşlara tam vətəndaşlıq və siyasi hüquqlar verir.
5) Bütün xalqların sərbəst inkişafına şərait yaradılacaqdır.
6) Məclisi Müəssisənin çağırılmasına qədər ali hakimiyyət Milli Şura və Milli Şuranın qarşısında
cavabdeh olan Müvəqəti hökumət sayılır.
30 may 1918-də Azərbaycan Cümhuriyyətinin yaranması haqqında
dünya dövlətlərinə
radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin Xarici İşlər Nazirlikləri Azərbaycanda
Müstəqil Respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə,
Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya,
Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi.
Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı
dəstələrinin
nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində
yerləşmişdir.
4 iyun 1918-də Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı
arasında ―Sülh və dostluq haqqında‖ müqavilə imzalanıb. Müqaviləni
Azərbaycan tərəfdən Milli
Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən Ədliyyə naziri Xəlil bəy
və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci
olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım
göstərmək barədə öhdəlik götürüb.
17 iyun 1918-də Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır
vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi)
çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul
edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa
verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub.
24 iyun 1918-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı
ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin
müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət
rəmzi olaraq 1918-ci ilin noyabrın 9-da qəbul edildi.
26 iyun 1918-də Cümhuriyyətin hökuməti Azərbaycanın ilk Milli
Ordu hissəsinin-əlahiddə
diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində
olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (―Qafqaz İslam Ordusu‖) Nuru paşanın
komandanlığı altında ―Bakı Kommunası‖nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin
Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci