Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə53/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   49   50   51   52   53   54   55   56   ...   114
Azərbaycan tarixi

Gəncə üsyanı 
Sovet rejiminə qarşı ilk güclü çıxış 1920-ci il mayın 25-26-da Gəncədə başladı. Gəncədə 
üsyana rəhbərlik etmək üçün yaradılan hərbi şura generallar Cavad bəy Şıxlinski, Məmməd Mirzə 
Qacar və polkovnik Cahangir bəy Kazımbəyovdan ibarət idi. Mayın 25-26-da bolşeviklərin 
Azərbaycan diviziyasının qərargahına hücumuna cavab olaraq Milli ordu bölməsi əks hücuma keçərək 
onların 600 nəfərini tərk-silah etdi və artıq mayın 26-da axşam dəmiryol stansiyasını ələ keçirdi. 
Şəhərin erməni əhalisi Qırmızı ordunun tərəfini saxlayaraq üsyançılara qarşı vuruşurdu. Mayın 27-də 
Qırmızı ordu böyük itkilərə məruz qalıb çəkildi. Mayın 28-də hücuma keçən M.Q.Yeremovun başçılıq 
etdiyi diviziyalar şəhəri top atəşinə tutdu. Mayın 29-da şəhərə girən XI Qırmızı ordu hissələri mayın 
31-də üsyanı yatırdılar. 
Gəncə üsyanının yatırılmasında o zaman Gəncədə föqəladə komissar təyin olunmuş Həmid 
Sultanovun başçılığı ilə Daxili İşlər Komisarlığı hissələri də fəallıq göstərdi. Gəncə üsyanında 13 
mindən çox adam qətlə yetirildi. Milli ordunun 12 generalı öldürüldü. 76 nəfər zabit və əsgər ―Nargin‖ 
adasına aparılaraq güllələndi. Həbs olunanlar arasında üsyana qoşulmayan məşhur generallar 
S.Mehmandarov, Ə.Şıxlinski də var idi. Onlar N.Nərimanoun köməyi ilə həbsdən azad olunaraq 
Moskvaya hərbi işə göndərildilər. 
 
 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 50 
Qafqaz və Zaqatala üsyanları

Sovet rejiminə qarşı Qarabağ üsyanı 1920-ci il iyunun əvvəlində başlandı. Qarabağ üsyanına 
özünü ―Qarabağın hakimi‖ elan etmiş Osmanlı generalı Nuru paşa başçılıq edirdi. Üsyanın başlıca 
qüvvəsini Milli ordunun Şəki, Cavanşir və Ağdamda yerləşən suvarı alayları. Bakı piyada alayı və iki 
topçu diviziyası təşkil edirdi. 
Qarabağda ilk toqquşma XI Ordu ilə Şəki alayı arasında oldu. Milli ordu itki verdi. Ehsan xan 
Naxçıvanski ələ keçirilib güllələndi. İyunun 10-da XI Qırmızı ordu hücuma keçdi. Bolşeviklər Bərdəni 
top atəşinə tutdular, üsyançılar şəhəri tərk etdilər. İyunun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi 
15-də Şuşa XI Qırmızıordu hissələri tərəfindən zəbt olundu. Ermənilər də XI qırmızı ordu tərəfində 
çıxış edirdilər. Yerli əhaliyə amansız divan tutuldu. 
1920-ci ilin iyunun 6-da sovet rejiminə qarşı Zaqatala üsyanı başladı, Gəncə və Qarabağ 
üsyanlarından fərqli olaraq Zaqatala üsyanı başladı. Gəncə və Qarabağ üsyanlarından fərqli olaraq 
Zaqatala üsyanında əsas qüvvəni hərbiçilər deyil, dinc əhalidən ibarət müqavimət dəstələri təşkil 
edirdi. Zaqatala tutulandan sonra üsyançılara bu bölgədə yerləşən milli ordunun hərbçiləri də 
qoşulmuşdu. Üsya
Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin