Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə50/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   46   47   48   49   50   51   52   53   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 47 
bitərəf mövqedə duran müsavatçı M.H.Hacınskiyə tapşırıldı. Lakin o, çox cəhdlər göstərsə də yeni 
hökuməti təşkil edə bilmədi. 
Belə şəraitdə Rusiya təhlükəsi getdikcə artırdı. Artıq Moskva, bolşeviklər gənc Azərbaycan Xalq 
Cümhuriyyətini yıxmaq, Bakını zəbt etmək barədə konkret tədbirlər görürdülər, Onlar Azərbaycanı 
işğal etmək məqsədini güdürdülər. 
Bolşeviklərin silahlı dəstələri aprelin 27-də səhər sübhdən həm Bakı şəhəri daxilində, həm də 
onun ətraflarında ən mühüm obyektləri ələ keçirməyə başlamışdılar. XI Qırmızı Ordu hissələri də 
1920-ci il aprelin 27-də saat birə beş dəqiqə işləmiş Azərbaycan ərazisinə daxil olmuşdular. Onlar 
axşam saat 21-də Biləcəri stansiyasında idilər. Başqa yol qalmadığından Parlament 1920-ci il aprelin 
27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. 
M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi o, «öz edamına özü qol çəkdi». Bununla da, Azərbaycan Xalq 
Cümhuriyyəti nahaq qan tökülməsinin qarşısını almaq məqsədilə aşağıdakı şərtlər daxilində 
hakimiyyətin Azərbaycan bolşeviklərinə verilməsi haqqında qərar qəbul edildi: 
1) Azərbaycanın tam müstəqilliyi qorunub saxlanılmalıdır, 
2) AR (b) P-nin yaradıcılığı hökumət müvəqqəti orqan olmalıdır, 
3) Hökumət idarələrindəki qulluqçular tutduqları vəzifələrdə qalmalıdır, 
4) Hökumət və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığı təmin edilməlidir, 
5) Azərbaycandakı siyasi partiyaların sərbəst fəaliyyəti tam təmin edilməlidir, 
6) Azərbaycan ordusu saxlanılmalıdır, 
7) Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Türkiyənin köməyinə getməlidir, lakin XI 
Qırmızı Ordunun Bakıya daxil olması ilə Milli hökumətin varlığına son qoyuldu. Azərbaycan yenidən 
Rusiya tərəfindən işğal edildi.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin