Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə58/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   54   55   56   57   58   59   60   61   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 55 
MÖVZU 24 
Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması. 
(Azərbaycan Sovetləri mərkəzi İcraiyyə Komitəsinin “Dağlıq Qarabağ 
Muxtar Vilayətinin yaradılması” haqqında 7 iyul 1923-cü il tarixi 
Dekreti olduğu kimi). 
Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqla 
qalan ayrı-ayrı milliyətləri bir – birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi. 
Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici 
siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayesinin 
zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov – 
Daşkovların əli ilə tarixən bir – biri ilə doğma olmuş iki xalqın – ermənilər və müsəlmanların arasında 
ədavət roxumu səpildi. 
Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovinistlərin 
müsavatçıların , daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri 
üç ―müstəqil dövlətə‖ parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu ―dövlətlərin‖ 
mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində 
əməkçi kəndlilərin qanı az tökülmadi. Hansı formada təzahür etməsindən asılı olmayaraq milli zülmün 
və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin bəyənilməsi həmrəyliyi, 
vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi ilə əvəz edilməsi fəhlə - 
kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir. 
Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi qərara 
alır: 
1. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla, ASSR – in tərkib hissəsi 
olaraq Muxtar Vilayəti yaradılsın. 
2. Muxtar Vilatərin idarə orqanlar bunlardır : Vilayət İcraiyyə Komitəsi və yerli sovetlər. 
3. Vilayətin icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komistəsi yaradılsın, ona 2 aydan 
gec olmayaraq daimi icraiyyə orqanının seçilməsi üçün sovetlər qurultayını çağırmaq vəzifəsi həvalə 
edilsin. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin