Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
56
vahidliyini və ya bütövlüyünü itirdi. Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıya
almalarının materialları əsasında nəşr edilmiş yaşayış məskənləri siyahısnda ölkə ərazisi 15 qəzaya
ayrılır. Qarabağ ərazisində Cəbrayıl, Cavanşir, Qubadlı, Şuşa qəzalarının olduğu göstərilir.
Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati -
ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında
onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin
hesablamalara görə, Qarabağ tarixi ərazisindən Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar
Vilayəti-4.160, 5 kv. km., Cəbrayıl qəzası-4.268,5 kv. km., Ağdam qəzası-4.135,4 kv. km., Kürdüstan
qəzası-3.432,4 kv. km qalmışdır. Qarabağın tarixi ərazilərindən bir hissə Azərbaycandan qoparılaraq
Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının
Azərbaycan
SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min.kv.km), Qubadlı (0,8 min kv. km), Tərtər (0,4 min.
kv. km.), Cəbrayıl (1,0 min. kv. km) ya onları yaradıldı. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində
xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir
hissəsi Ermənistana verilmiş,
Azərbaycanda qalan hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Dağlıq Qarabağ
muxtariyyətinin Əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170
dən çox
yaşayış məskəni verilmişdir. Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə
artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir. 1925-ci ildə nəşr edilmiş kitabçada isə
bu məskənlərin sayının 215 olduğunu bildirmişdir. Bu faktlar Dağlıq Qarabağ muxtar vilayətinin
ərazisində rəsmi sənədin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına
əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri
rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdakı kimi bölünmüşdü:
Dostları ilə paylaş: