Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


 Dizaq rayonu. Tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə60/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   56   57   58   59   60   61   62   63   ...   114
Azərbaycan tarixi

1. Dizaq rayonu. Tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd; 
2. Verəndə rayonu. Tərkibində 5 volost (Tağavert, Sus, Noraşen) və 46 kənd ; 
3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi ; 
4. Xaçın rayonu. Tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd ; 
5. Cərabərd rayonu. Tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk ) və 53 kənd. 
Yeni inzibati-ərazi bölgüsü həyata keçirilən DQMV-də dəyişiklik baş verilmişdir. 1930-cu ilin 
avqustunda DQMV ərazisi yenə də 5 rayonu bölünmüşdür: 1. Cəraberd, 2. Martuni, 3. Stepanakert, 4. 
Dizaq, 5. Şuşa. Göründüyü kimi, Verəndə Martuni adlandırılmış, Xaçının ərazisi isə Stepanakertə aid 
edilmişdir. 
1939-cu il avqustun 17-də Cəraberd Mardakert, Dizaq isə Hadrut adlandırılmışdır. 1960-cı illərin 
əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulmuşdur. 
1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilmiş, onun ərazisi Stepanakert rayonuna verilmişdir. 
1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunmuşdur. 1978-ci ildə Stepanatkert 
rayonu əsasında Əsgəran rayonu təşkil edilmişdir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar 
Vilayətinin inzibati ərazi bölgüsü belə olmuşdur. 
Dağlıq Qarabağ bölgəsinin şimalında yerləşən Ağdərə rayonu sovet hakimiyyəti dövründə 1930-
cu ildə yaradılıb. 1939-cu ilədək Cerabert, həmin ildən 1991-ci ilə qədər Mardakert hökumətinin qərarı 
ilə Ağdərə rayonun ərazisi Qarabağa aid olmayan üç rayon-Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında 
bölünüb. 
1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni 
işğalçılarından azad edildi. 1993-cü ildə erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini yenidən 
işğal edib. Ağdərə Qarabağ bölgəsinin mühüm kənd təsərrüfatı rayonlarından biri idi. İqtisadiyyatında 
üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. 
Memarlıq abidələrindən Vengli kəndindən məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində 
müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urək məbədi (XII əsr ), Tərtər çayının 
yuxarı axarında məbəd ( XIII əsr ), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və körpülər var idi. 
Bütün bunlar erməni işğalçılar tərəfindən dağıdılıb. Ağdərə ərazisi hazırda Ermənistanın işğalı 
altındadır. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin