Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə68/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   64   65   66   67   68   69   70   71   ...   114
Azərbaycan tarixi

2 nömrəli Bakı Baza Tibb Kolleci 
 63 
Azərbaycanda sovet milli siyasəti

SSRİ-nin təşkili ilə Azərbaycanın formal müstəqilliyinə də son qoyuldu. Azərbaycan Sovet 
Rusiyasının müstəmləkəsinə çevrildi. Sovet Rusiyası müstəmləçəkilik məqsədini həyata keçirmək 
üçün milli kadr qıtlığı adı ilə Azərbaycana Rusiyadan rus, erməni, yəhudi millətindən olan 
nümayəndələrini göndərdi. Bu tədbirlər nəticəsində azərbaycanlılar arasında işsizlik artdı. 
Azərbaycanda, xüsusilə Bakıda əhalinin milli tərkibi köklü surətdə dəyişdi. 1920-ci illərdə 
Azərbaycanda dövlət dili faktiki olaraq rus dili tuturdu. 
Sovet milli siyasətinin əsas istiqamətlərindən biri milli mədəniyyətimizə, dəyərlərimizə və milli 
adət-ənənələrimizə sovet rejiminin etinassız yanaşması, qadağa və yasaqlardan istifadə olunması idi. 
Din əleyhinə mübarizə adı altında islam mədəniyyətinə qadağalar qoyulur, məscidlər dağıdılır və 
anbarlara çevrilir, ruhanilərə divan tutulurdu. Vaxtaşırı ―Rədd olsun tar, kamança‖, ―Rədd olsun 
papaq, çadra‖ şüaları altında gənclərin yürüşləri keçirilirdi. 
Azərbaycan kommunist rəhbərliyində olan milli kadrlar arasında təfriqə yaradıldı. ―Sağlar‖ və 
―sollar‖, ―qocalar və ―cavanlar‖ adı altında yaradılan qarşıdurma N.Nərimanovun Azərbaycan 
rəhbərliyindən uzaqlaşdırılması ilə nəticələndi. 
Sovet Azərbaycanında sosialistcəsinə “yenidənqurmalar” və 
onların sosial-iqtisadi və siyasi nəticələri. Birtərəfli sənayeləşdirmə 
XX əsrin 20-ci illərinin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının bütün 
sahələrinin sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Sənayeləşdirmə, kollektivləşdirmə, bolşevik 
ideologiyasına xidmət edən mədəni quruculuq, planlaşdırma və idarəçilikdə sərt mərkəzləşmə
kommunist partiyasının bölünməz və şəriksiz ağalığının bərqərar edilməsi yenidənqurmanın başlıca 
istiqamətləri idi. 
Sənayeləşdirmə xətti əməli olaraq 1925-ci ilin dekabrında irəli sürüldü. Azərbaycandakı 
sənayeləşdirmənin Rusiyadakından fərqi idi ki, əgər Rusiyada maşınqayırmaya, ağır və hərbi sənayeyə 
üstünlük verilirdisə, Azərbaycan neft sənayesi və elektrik enerjisi istehsalı xüsusi önəm daşıyırdı. 
1937-ci ildə SSRİ-də istehsal olunan neftin 76 faizini Azərbaycan verirdi. Sənayeləşdirmənin 
həyata keçirilməsi nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin