Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Azərbaycan SSR-də mədəni quruculuq və mənəvi həyat.Təhsil



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə70/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   66   67   68   69   70   71   72   73   ...   114
Azərbaycan tarixi

 
Azərbaycan SSR-də mədəni quruculuq və mənəvi həyat.Təhsil 
Sovet hakimiyyəti özünə sadiq kadrlar yetişdirmək və azərbaycanın sərvətlərindən daha 
səmərəli istiadə etmək üçün bilikli, savadlı adamalara ehtiyac duyurdu. 1923-cü ildə isə savadsızlıqla 
mübarizə üçün Xüsusi komitə yaradıldı. Respublika imumtəhsil məktəblərinin inkişafına böyük diqqət 
yetirilirdi. 1921-ci ildə Azərbaycan Dövlət Peqoqoji İnstititu, Azərbaycan Politexnik İnstitutu, Şərq 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 65 
dünyasının ilk Konservatoriyası, Ali Rəssamlıq Məktəbi, 1929-cu ildə Gəncədə Azərbaycan Kənd 
Təssərrüfatı İnstitutu açıldı. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsi əsasında 
Azərbaycan Tibb İnsititutu fəaliyyət başladı. 1934-cü ildə Gəncədə və Şəkidə Müəllimlər İnstitutu işə 
başladı. 
 
Mədəni–maarif işi və elmin inkişafı 
Bu illərdə mədəni-maarif müəssisələrinin inkişafına da qayğı göstərilirdi. Kitabxana, klub və 
mədəniyyət evlərinin sayı getdikcə artırdı. 1923-cü ildə ―Azərbaycanı öyrənin cəmiyyət‖ yaradıldı. Bu 
cəmiyyət 1929-cu ildə Dövlət Elmi-Tədqiqat İnstitutuna, 1932-ci ildə SSRİ- Elmlər Akademiyasının 
Cənubi Qafqaz filialının Azərbaycan şöbəsinə, 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının 
Azərbaycan filialına çevrildi. 
Tibb elmi də xeyli nailiyyətlər qazanmışdı. Mustafa Topcubaşov cərrahiyyə əməliyyatı 
zamanıyeni narkoz üsulunu tətbiq etmişdi. 
1922-ci ildə Azərbaycan Arxeologiya Cəmiyyəti təşkil edildi. Bu dövrdə qazıntılar nəticəsində 
Xocalı-Gədəbəy, Yaloylutəpə, Qızıl Vəng arxeoloji mədəniyyətləri öyrənildi. 
1926-cı ildə Bakıda I Ümumittifaq Türkoloji qurultayı keçirildi. Qurultay türkologiyanın 
inkişafında və türk xalqlarının latın əlifbasına keçməsi işində mühüm rol oynadı. Lakin sonralar bu 
qurultayın iştirakçısı olan azərbaycanlıların əksəriyyəti repressiyanın qurbanı oldu. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin