Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə69/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   65   66   67   68   69   70   71   72   ...   114
Azərbaycan tarixi

 
Zorakı kollektivləşdirmə 
Kənd təsərrüfatının sosialistcəsinə yenidən qurulması-zorakı kollektivləşdirmə Azərbaycanın 
XX əsrin 20-30-cu illər tarixinin ən dəhşətli səhifələrindəndir. 
Mərkəz fərdi kəndli təsərrüfatlarının kollektivləşməsinə 4 il-1933-cü ilədək vaxt versə də
Azərbaycan rəhbərliyi elliklə kollektivləşdirməni 1930-cu ilin yazına kimi başa çatdırmağı qərara aldı. 
Bu məqsədlə 1929-cu ilin sonu-1930-cu ilin əvvəllərində kollektivləşdirmə həftəlikləri təşkil edildi. Bu 
həftəliklərdə kəndilər kolxozlara girməyə məcbur edilir, əks halda onlar ya həbs edilir, yaxud da 
―kulak‖ (qolçomaq) elan edilirdilər. Kollektivləşmənin ən dəhşətli faciələrindən biri qolçomaqlara 
divan tutulması idi. 
Azərbaycanda çox ağrılı və dəhşətli yollarla aparılan kollektivləşdirilmə nəticəsində kolxoz 
quruluşu yaradıldı. Kolxoz quruculuğunun sosial-iqtisadi nəticələri çox acı oldu. Birincisi, 1950-ci 
illərin sonuna kimi pasportu olmayan kolxozçular öz təsərrüfatını keçə bilməzdilər. İkincisi kolxozlar 
əmək düşərgələrini xatırladırdılar. Üçüncüsü, kolxozlar Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə 
yad bir qurum idi. Kolxoz quruluşu onun üzvlərinin maddi marağını məhv edən, insan şəxsiyyətini 
alçaldan sosial-iqtisadi və inzibati sistem oldu. 
 
 
 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 64 
İnzibati-amirlik sisteminin bərqərar olması və kütləvi repsesiyalar 
Sovet rejimi yarandığı vaxtdan diktatura tipli idarə sistemi idi. Təsadüfi deyil ki, onu proletar 
diktaturası adlandırırdılar.
1930-cu illərin ortalarınadək Azərbaycanda partiya rəhbərlərinə tez-tez bir-birini əvəz edən 
digər millətlərin nümayəndələri (S.M.Kirov, L.Mirzoyan, N.Giqalo, V.Polanski, R.Ruben) təyin 
olunurdular. 1934-cü ilin yanvarından Azərbaycan Kommunist Partiyasına Mir Cəfər Bağırov başçılıq 
etməyə başladı və 1953-cü ilədək partiya rəhbərliyindən sabitlik bərqərar oldu. Beləliklə, kommunist 
partiyasının diktatorluğu şəraitində Azərbaycanda da inzibati-amirlik sistemi formalaşdı. 
1920-ci illərin ortalarından başlanan sosialistcəsinə yenidənqurmaların başlıca nəticəsi olaraq 
Azərbaycanda da Stalin modelli totalitar sosailizm cəmiyyəti quruldu. 
Sosialistcəsinə yenidənqurmaların ən başlıca siyasi nəticəsi sərt mərkəzləşdirilmiş, avtoritar 
dövlətin bərqərar olması, Kommunist partiyasının diktaturasının yaradılması oldu. Bütün bunlar 1936-
ci il dekabrın 5-də qəbul olunmuş SSRİ-nin yeni Konstitusiyasında təsbit olundu. Bu konstitusiyaya 
görə Azərbaycanın da daxil olduğu ZSFSR ləğv olundu. Azərbaycan birbaşa SSRİ-nin tərkibinə daxil 
edildi. Həmin Konstitusiya əsasında 1937-ci il martın 10-da Azərbaycan SSR-in də yeni Konstitusiya 
qəbul edildi. 
Bütün ölkədə, o cümlədən Azərbaycanda avtoritar rejim açıqfikirli, istedadlı, qabaqcıl 
ziyalılara, partiya və dövlət xadimlərinə qarşı kütləvi represiayalar başladı. Represiya illərində 
Azərbaycanın 51 rayonunda 31-nin Xalq Daxili Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. 1937-
ci ildə Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. 1937-ci ildə R.Axundov, 
Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, Q.Vəzirov, D.Bunyadzadə kimi partiya xadimləri 
güllələndilər. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min ―xalq düşməni‖ güllələndi. 1937-1939-cu 
illərdə Azərbaycannın minlərlə ziyalısı, o cümlədən H.Cavid, M.Müşfiq, Əli Nəzmi, Əhməd Cavad
T.Şahbazi, S.Mumtaz, S.Hüseyn, B.Talıblı, Ə.Razi və b. xarici dövlətlərə casusluqda və ―panturkizm‖ 
də günahlandırılaraq represiya qurbanları oldular. 
1938-1940-cı illərdə Azərbaycan üçün çox dəhşətli nəticələrə gətirib çıxaran hadisələrdən biri 
də vaxtilə bir tikə çörək dalınca Cənibu Azərbaycandan baş götürüb şimala gələn soydaşlarımızın zorla 
geri qaytarılması oldu. Geri qayıdanlar İranda da yaxşı qarşılanmadılar. 
Siyası müraciət 1920-1930-cu illər tariximizdə mühüm yer tutur. Siyası mühacirlər o şəxslər 
idilər ki, onlar Azərbaycandan 1920-ci ilin aprel işğalından sonra, kollektivləşmə illərində və 1937-
1940-cı illərdə çıxıb getmişdilər. Həmin insanlar Türkiyə İran, Fransa, Polşa, Almaniya və digər 
Avropa ölkələrində məskunlaşmışdılar. Azərbaycan Cumhuriyyətinin liderləri (F.Xoyski, Mustafa 
Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Nağı Şeyxzamanlı) qonşu Gürcüstana getmişdilər. F.Xoyskini və 
H.Ağayevi Tiflisdə ermənilər öldürdülər. 
Ə.Topçobaşov, M.Mehdiyev, C.Hacıbəyli, M.Məhərrəmov, Ə.Şeyxülislamov, Ataməlibəyov 
Avropada qalmışdılar. İkinci dünya müharibəsi başlanana qədər Azərbaycandan kənarda 50 min siyasi 
mühacir yaşayırdı. M.Ə.Rəsulzadənin 1922-ci ildə Türkiyəyə gəlməsinin böyük əhəmiyyəti oldu. 
Bundan sonra Azərbaycan siyasi mühacirətinin təşkilatlanması və fəaliyyəti gücləndi. 1923-cü ildə 
Türkiyədə M.Ə.Rəsulzadənin təşəbbüsü ilə Müsavat Partiyasının Xarici bürosu yaradıldı. 
M.Ə.Rəsulzadə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzini yaratdı. 
Azərbaycan mühacirləri Avropada fəaliyyət göstərmək məqsədi ilə 1924-cü ildə Azərbaycan İstiqlal 
Komitəsini yaratdılar. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin