Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 71 MÖVZU 29 Cənubi Azərbaycan İkinci Dünya Müharibəsi. Müharibədən sonrakı dövrdə Cənubi Azərbaycan İkinci Dünya Müharibəsinin içtirakçısı olan böyük dövlətlərin planlarında . Azərbaycan bütövlükdə strateji-coğrafi müvqeyinə, iqtisadi potensialına görə İkinici dünya
müharibəsinin iştirakçısı olan böyük dövlətlərin hər birinin maraq dairəsində idi. Faşist Almaniyası
Şimali Azərbaycani işğal etdikdən sonra Cənubi Azərbaycanda daxil olmaqla İranı zəbt edib, İran
körfəzi və Hind okeanına çıxmaq, Hindistana sahib olmaq niyyətində idi. İngiltərə və ABŞ-ın Şərq
siyasətində də İran dövlətinin tərkib hissəsi kimi Cənubi Azərbaycan əhəmiyyətli yer tuturdu.
1941-1946-cı illərdə Cənubi Azərbaycan demokratikvə milli-azadlıq hərəkatı genişlədikcə bu iki
dövlətin planlarında həmin əyalətin yeri daha böyük məna kəsb edirdi. SSRİ-nin qəsbkarlıq
planlarında Cənubi Azərbaycanın daha aydın və daha real yeri var idi. Rusiya dövləti apardığı
müharibələr nəticəsində bütün sərhəd bölgələrini bölünmüş xalqların məskun olduğu ərazilərə
çevirmişdi. Stalin SSRİ-nin ərazisini genişləndirmək üçün həmin bölünmüş xalqlar kartından istifadə
etməyi planlaşdırırdı. SSRİ-nin bu planının bir hissəsi Şərqi Avropanın bölüşdürülməsi haqqında
Hitler Almaniyası ilə 1939-cu ilin yayınadək sövdələşmədə sınaqdan keçirildi. Həmin ilin sentyabrında
sovet hərbi Qərbi Belorusiya, Qərbi Ukrayna və Bessarabiyaya verildi.
1941-ci il avqustun 25-də Sovet ordusu hissələri İranın şimal bölgələrinə, o cümlədən Cənubi
Azərbaycana daxil oldu. Stalinin gizli planına əsasən, bölünmüş Azərbaycan türklərinin taleyidə Şərqi
Avropa xalqlarının taleyi kimi həll olunmalı idi.
Cənubi Azərbaycan İkinci dünya müharibəsi illərində .
İranın hakim dairələri assimiliyasiyanı sürətləndirmək üçün Azərbaycan dillərində tamaşalar,
kitab nəşri, dini ayinləri icrasında Azərbaycan dilindən istifadə etməsini, məktəblərdə Azərbaycan
dilində danışmağı qadağan etmişdi. Cənubi Azərbaycanda türk mənşəli coğrafi adlar dəyişdirilmiş,
uşaqlara azərbaycanlı adı verilməsinə maneə olunmuş, Azərbaycan əyaləti bir neçə hissəyə
parçalanmışdı.
İkinci dünya müharibəsi İranın, o cümlədə Cənubi Azərbaycanını ictimai-siyasi durumuna güclü
təsir edirdi. Müharibənin əvvəlində İran höküməti öz bitərəfliyini elan etsə də, Rza şah başda olmaqla
hakim dairələr açıq faşistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatçılarının fəaliyyət meydanına
çevrilmişdilər. SSRİ 1921-ci ildə bağlanmış Sovet-İran müqaviləsinin 6-cı maddəsinə əsaslanaraq
1941-cı ilin avqustunda öz qoşunlarını İrana yeritdi. Az sonra İrana qoşun çıxaran ingilislər cənubda,
Sovet qoşunları isə şimalda, o cümlədən şimali Azərbaycanda yerləşdilər. ABŞ müharibəyə qoşulan
kimi onun da hərbi hissələri İrana yeridildi. İran, habelə Cənubi Azərbaycan ərazisi müttəfiqlərin-ABŞ
və İngiltərənin SSRİ-ni hərbi sursat və texnika, eləcədə ərzaqla təmin edən ən mühüm nəqliyyat
arteriyasına çevrildi.
SSRİ və Böyük Britaniyanın qoşunlarının İrana yeridilməsi 1941-ci ildə İranda Rza şahın hərbi
polis rejimini iflasa uğratdı. İranda demokratik qüvvələrin əsas tələbləri dövlət quruluşunu demokr
ativləşdirmək, mülkədar-feodal zümrəsinin ağalığını məhdudlaşdırmaq, zəhmətkeşlərin vəziyyətini
yaxşılaşdırmaq və ölkənin suverenliyini təmin etməkdən ibarət idi.
Cənubi Azərbaycanda milli mədəniyətin inkişaf etdirilməsində ŞimaliAzərbaycanın həlledici
rolu və təsiri oldu. Milli dilin-Azərbaycan türkcəsinin adi məişət ünsiyyəti vasitəsindən mədəni inkişaf
vasitəsinə çevrilməsində, milli ədəbi dilin formalaşmasında Şimali Azərbaycan və onun Sovet
qoşunlarının tərkibində ezam olunmuş mədəniyyət xadimləri böyük rol oynadı.
1941-ci ilin sentyabrında Tehranda İran Xalq Partiyasının Azərbaycan təşkilatlarının təşəbbüsü
ilə müxtəlif ictimai-siyasi, birlik cəmiyyətləri, Azərbaycan cəmiyyəti və s. yaradıldı, ana dilində qəzet
və jurnallar nəşrə başladı.