Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə77/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   73   74   75   76   77   78   79   80   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 71 
MÖVZU 29
Cənubi Azərbaycan İkinci Dünya Müharibəsi. Müharibədən sonrakı 
dövrdə Cənubi Azərbaycan İkinci Dünya Müharibəsinin içtirakçısı olan 
böyük dövlətlərin planlarında

Azərbaycan bütövlükdə strateji-coğrafi müvqeyinə, iqtisadi potensialına görə İkinici dünya 
müharibəsinin iştirakçısı olan böyük dövlətlərin hər birinin maraq dairəsində idi. Faşist Almaniyası 
Şimali Azərbaycani işğal etdikdən sonra Cənubi Azərbaycanda daxil olmaqla İranı zəbt edib, İran 
körfəzi və Hind okeanına çıxmaq, Hindistana sahib olmaq niyyətində idi. İngiltərə və ABŞ-ın Şərq 
siyasətində də İran dövlətinin tərkib hissəsi kimi Cənubi Azərbaycan əhəmiyyətli yer tuturdu. 
1941-1946-cı illərdə Cənubi Azərbaycan demokratikvə milli-azadlıq hərəkatı genişlədikcə bu iki 
dövlətin planlarında həmin əyalətin yeri daha böyük məna kəsb edirdi. SSRİ-nin qəsbkarlıq 
planlarında Cənubi Azərbaycanın daha aydın və daha real yeri var idi. Rusiya dövləti apardığı 
müharibələr nəticəsində bütün sərhəd bölgələrini bölünmüş xalqların məskun olduğu ərazilərə 
çevirmişdi. Stalin SSRİ-nin ərazisini genişləndirmək üçün həmin bölünmüş xalqlar kartından istifadə 
etməyi planlaşdırırdı. SSRİ-nin bu planının bir hissəsi Şərqi Avropanın bölüşdürülməsi haqqında 
Hitler Almaniyası ilə 1939-cu ilin yayınadək sövdələşmədə sınaqdan keçirildi. Həmin ilin sentyabrında 
sovet hərbi Qərbi Belorusiya, Qərbi Ukrayna və Bessarabiyaya verildi. 
1941-ci il avqustun 25-də Sovet ordusu hissələri İranın şimal bölgələrinə, o cümlədən Cənubi 
Azərbaycana daxil oldu. Stalinin gizli planına əsasən, bölünmüş Azərbaycan türklərinin taleyidə Şərqi 
Avropa xalqlarının taleyi kimi həll olunmalı idi. 
Cənubi Azərbaycan İkinci dünya müharibəsi illərində

İranın hakim dairələri assimiliyasiyanı sürətləndirmək üçün Azərbaycan dillərində tamaşalar, 
kitab nəşri, dini ayinləri icrasında Azərbaycan dilindən istifadə etməsini, məktəblərdə Azərbaycan 
dilində danışmağı qadağan etmişdi. Cənubi Azərbaycanda türk mənşəli coğrafi adlar dəyişdirilmiş, 
uşaqlara azərbaycanlı adı verilməsinə maneə olunmuş, Azərbaycan əyaləti bir neçə hissəyə 
parçalanmışdı. 
İkinci dünya müharibəsi İranın, o cümlədə Cənubi Azərbaycanını ictimai-siyasi durumuna güclü 
təsir edirdi. Müharibənin əvvəlində İran höküməti öz bitərəfliyini elan etsə də, Rza şah başda olmaqla 
hakim dairələr açıq faşistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatçılarının fəaliyyət meydanına 
çevrilmişdilər. SSRİ 1921-ci ildə bağlanmış Sovet-İran müqaviləsinin 6-cı maddəsinə əsaslanaraq 
1941-cı ilin avqustunda öz qoşunlarını İrana yeritdi. Az sonra İrana qoşun çıxaran ingilislər cənubda, 
Sovet qoşunları isə şimalda, o cümlədən şimali Azərbaycanda yerləşdilər. ABŞ müharibəyə qoşulan 
kimi onun da hərbi hissələri İrana yeridildi. İran, habelə Cənubi Azərbaycan ərazisi müttəfiqlərin-ABŞ 
və İngiltərənin SSRİ-ni hərbi sursat və texnika, eləcədə ərzaqla təmin edən ən mühüm nəqliyyat 
arteriyasına çevrildi. 
SSRİ və Böyük Britaniyanın qoşunlarının İrana yeridilməsi 1941-ci ildə İranda Rza şahın hərbi 
polis rejimini iflasa uğratdı. İranda demokratik qüvvələrin əsas tələbləri dövlət quruluşunu demokr 
ativləşdirmək, mülkədar-feodal zümrəsinin ağalığını məhdudlaşdırmaq, zəhmətkeşlərin vəziyyətini 
yaxşılaşdırmaq və ölkənin suverenliyini təmin etməkdən ibarət idi. 
Cənubi Azərbaycanda milli mədəniyətin inkişaf etdirilməsində ŞimaliAzərbaycanın həlledici 
rolu və təsiri oldu. Milli dilin-Azərbaycan türkcəsinin adi məişət ünsiyyəti vasitəsindən mədəni inkişaf 
vasitəsinə çevrilməsində, milli ədəbi dilin formalaşmasında Şimali Azərbaycan və onun Sovet 
qoşunlarının tərkibində ezam olunmuş mədəniyyət xadimləri böyük rol oynadı. 
1941-ci ilin sentyabrında Tehranda İran Xalq Partiyasının Azərbaycan təşkilatlarının təşəbbüsü 
ilə müxtəlif ictimai-siyasi, birlik cəmiyyətləri, Azərbaycan cəmiyyəti və s. yaradıldı, ana dilində qəzet 
və jurnallar nəşrə başladı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin