Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
70
azərbaycanlılardan ibarət idi. Siyasi mühacirətlər azərbaycanlı əsirlərin azad edilməsi və milli hərbi
hissələrdə birləşdirilməsində fəal iştirak edirdilər. Bu hərbi hissələrdə M.Ə.Rəsulzadənin Üçrəngli
bayraq əsəri əldən ələ gəzirdi.
Almanlar hərbi əsir düşərgələrindən azərbaycanlıları seçib, türk
dili bilən alman zabitləri
vasitəsilə onlara hərbi təlim keçmək üçün Bavariyaya göndərirdilər. Qafqaz müsəlmanlarından təşkil
olunmuş hərbi birləşmə 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə-Mozdok Kazbek və
Elbrusda mühüm strateji yüksəkliklərin tutulmasıda fəal iştirak etdi. Lakin bu hissələr sovet ordusunun
əks-hücumu nəticəsində itki verərək geri çəkildivə almanların Krımda apardıqları müdafiə
döyüşlərində iştirak etdi.
Cəbhədəki ağır məğlubiyyətlərdən sonra
Almaniya höküməti başa düşdüki, yerli xalqların
köməyi olmadan Sovet dövlətinə qalib gələ bilməyəcəkdir. Buna görə də Hitler bəzi güzəştlərə getdi.
1943-cü ilin yazında Berlində Milli Azərbaycan Komitəsi təşkil edildi. 1943-cü ildə Almaniyada Azad
türk diviziyası yaradıldı. Azərbaycan legionu da buraya daxil edildi. Ancaq Almaniya gələcəkdə
Azərbaycana müstəqillik vermək fikrində deyildi, Şimali və Cənubi Azərbaycan yaradılacaq Böyük
Türküstan dövlətinin əyalətindən biri olmalı idi.
M.Ə.Rəsulzadənin Almaniyanın Azərbaycan haqqında əsl niyyətini
başa düşdükdən sonra onu
öz çıxışlarında ifşa etdi. Antifaşist çıxışlarına görə M.Ə.Rəsulzadə Almaniyadan getməyə məcbur
edildi. Lakin mühacirətdə olan bəzi qüvvələr yenə də Almaniyaya inanır, onun rəhbərləri ilə
əməkdaşlıq edirdilər. 1943-cü ilin payızında Berlində mühacir Azərbaycan parlamenti və höküməti
yaradıldı. Hökümətin başında Fətəlibəyli-Düdənginski dururdu. Alman höküməti bu höküməti tanıdı.
Mühacir Azərbaycan höküməti 1944-cü ilin qışınadək fəaliyyət göstərdi.
Azərbaycan milli legionu (legion-latınca legiolego-toplayıram, yığıram sözündəndir,
əsgəribirləşmə mənası verir) Fransanın cənubunda almanlarla birlikdə müttəfiqlərin qoşunlarına qarşı
vuruşlarda iştirak etdi və məğlub olaraq İtaliyanin şimalına çəkildi. Müharibə başa çatdıqdan sonra
Milli Azərbaycan legionun hissələri bitərəf ölkələrin ərazilərinə köçürülməyə başladı
və tezliklə ləğv
edildi. Onların çox hissəsi Türkiyədə məskunlaşdı, Vətənə qayıdanlar isə uzun muddət təqiblərə məruz
qaldılar.
İkinci dünya müharibəsi illərində Azərbaycan mədəniyyəti müharibənin tələblərinə uyğun
inkişaf edirdi. Mədəniyyət xadimləri bütün qüvvələrini qələbə naminə xalqın mənəvi cəhətdən səfərbər
edilməsinə yönəltdilər. Minlərlə maarif işçisi cəbhəyə göndərildi. Təhsil işçiləri böyüməkdə olan nəsli
vətənpərvərlik ruhunda tərbiyə edir, məktəbi bitirən minlərlə gənc könüllü surətdə cəbhəyə gedirdi.
Azərbaycanın elm xadimləri öz bacarıqlarını qələbəyə sərf edərək var gücləri ilə çalışırdılar.
İkinci Dünya müharibəsi illərində görkəmli kimyaçı alimYusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya
üçün yüksək oktanlı benzin istehsalının yeni texnologiyası hazırlandı. Geoloqlar-Mirəli Qaşqay, Şamil
Əzizbəyov yeni strateji xammal yataqları kəşf etdilər. Məşhur cərrah Mustafa Topçubaşov cərrahiyədə
yeni müalicə metodları hazırlayaraq minlərlə əsgəri ölümündən xilas etdi.
İctimai elmlər sahəsində çalışan alimlər xalqın tarixi keçmişindən, qəhrəmanlığından bəhs edən
əsərlər yaradıldı. 1945-ci ilin yanvarında Azərbaycan SSRİ Elmlər Akademiyası yaradıldı. Müharibə
mövzusu ədəbiyyatımızda aparıcı istiqamətə çevrilmişdi.
İkinci Dünya müharibəsi illərində döyüşçü və partizanlarımızın şücaətlərini təsvir edən onlarca
hekayə, oçerk, povest və pyes yazılmışdı. Azərbaycan bəstəkarları müharibə dövründə onlarca yeni
marş, simfoniya, mahnı, opera yazdılar. Ü.Hacıbəyovun Şəfqət bacısı, Qələbə himni, S.Rüstəmovun
Cəbhəyə, S.Ələsgərovun Gözlə məni mahnıları dillər əzbəri olmuşdu. Gənc bəstəkarlar Q.Qarayev və
C.Hacıyevin Vətən operası musiqimizdə mühüm hadisəyə çevrilmişdi.
Cəbhəyə xidmət üçün konsert
briqadaları yaradıldı. Hərbi vətənpərvərlik tərbiyəsində təsviri sənət ustaları da fəal iştirak edirdilər.
Əzim Əzimzadə, İsmayil Axundov, Maral Rəhmanzadə müharibə, əsgər həyatı, arxa cəbhə
mövzularında tablolar yaratdılar. Bu tablolar 1943-cü ildə Moskvada Tretyakov qalereyasında nümayiş
etdirildi. Kino xadimlərimiz
tərəfindən Vətən oğlu, Bəxtiyar kinovellaları T-9 sualtı gəmi bədii film
çəkilmişdi. 1944-cü ilin aprelin 14-də Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarələr yaradıldı və
sədri Şeyxülislam Ağa Əlizadə seçildi. Din xadimləri öz çıxışlarında vətənə sədaqətlə xidmət etməyə
çağırırdılar.