Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə114/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   106   107   108   109   110   111   112   113   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 105 
Respublika Prezidenti İlham Əliyev öz fəaliyyəti dövründə Heydər Əliyev siyasi kursunu uğurla 
davam etdirməklə yanaşı, ulu öndərin idarəçilik metodlarından da yaradıcılıqla istifadə etmişdir. Belə 
ki, ölkə başçısı xalqın problemlərinə həssaslıqla yanaşmış və dövlət məmurlarından da bunu tələb 
edərək demişdir: «Tutduğu vəzifədən asılı olmayaraq hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə 
xidmət etməkdir. Mən vəzifəli şəxslərə, xalqın onlara olan münasibətinə görə qiymət verəcəyəm». Bu 
ideyanı öz fəaliyyətində əsas götürən dövlət başçısının qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı 
üçün uğurlu nəticələr qazanılmışdır. 
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən ölkəmizə 
inamla rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Bu strategiyanın 
yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və 
qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş, məqsədlərə nail 
olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin 
yaxşılaşdırılmasını təmin etmişdir. 
2005-cı ilin aprelində Milli Məclis ―Heydər Əliyev‖ ordeninin təsis edilməsi haqqında qanun 
qəbul etdi. ―Heydər Əliyev‖ ordeni ilə ilk dəfə Prezident İlham Əliyev təltif olundu. 
2006-cı ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının II 
qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. 
2006-cı ilin mart ayında Bakıda Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. Qurultay 
xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin daha 
da möhkəmlənməsi, eləcə də dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin təmin edilməsində 
irəliyə doğru böyük bir addım oldu. 
Ulu öndərimiz Heydər Əliyevin tarazlaşdırılmış xarici siyasət kursu ötən müddət ərzində 
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və Azərbaycan dövlətinin xarici siyasət 
xətti dəyişməz və dönməz olmuşdur. Belə ki, respublikamızın inkişafı, nailiyyətləri barədə dünya 
birliyinin ətraflı məlumatlandırılması, xaricdəki diasporumuzun fəaliyyətinin gücləndirilməsi, 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun nizamlanması 
üçün müasir təbliğat metodlarından yaradıcılıqla istifadə edilərək çevik diplomatik addımlar atılması 
Azərbaycanın xarici siyasətində öz əksini tapmışdır. 
Ölkəmizin Qərb ailəsinə inteqrasiyasının reallaşdırılması, bölgədə təhlükəsizliyin və regionun 
inkişafı naminə əməkdaşlıqda maraqlı olan dövlətlərlə daha geniş münasibətlər yaratmaq sahəsində də 
önəmli addımlar atılmış, beynəlxalq terrorizmə və digər bu kimi elementlərə qarşı mübarizədə isə 
Azərbaycan həmişə ön sırada olmuşdur. Ən mühüm vəzifələrdən biri kimi böyük dövlətlərlə sıx 
əlaqələr yaradılması təmin edilmiş və bütün ölkələrlə münasibətləri beynəlxalq hüquq normalarına 
uyğun tərzdə qurmaq üçün əməli işlər görülmüşdür. Azərbaycan dünyadakı müxtəlif beynəlxalq və 
regional təşkilatların işlərinə fəal qoşulmaqla böyük dünya siyasətində özünün lazımınca iştirakına nail 
ola bilmişdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bəzən Azərbaycana qarşı 
tətbiq edilən ikili standartları aradan qaldırmaq üçün qətiyyətli addımlar atılmışdır. 
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyin 
bərqərar olması, bütün sahələrdə aparılan demokratik islahatların uğurlu nəticələri ölkəmizin 
beynəlxalq nüfuzunu daha da artırmış və onu dünyanın aparıcı dövlətlərindən birinə çevirmişdir. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin