Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə108/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   104   105   106   107   108   109   110   111   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 99 
Biz indi də daha yaxşı xatırlayırıq. Ulu öndəri hər gün mavi ekranda görürdük. Onun çıxışlaını, 
dərin mənalı fikirlərini dinləyirdik. Onun bu gün ərzində çətin və əhəmiyyətli işlər gördüyünün
danışıqlar apardığının, hamıya qayğı ilə yanaşdığının şahidi olurduq. Göründüyü kimi, uşaqlar, gənclər 
ona olan sevgini ürəklərində saxlayırlar. Bu sevgi ona görə yaşayır ki, H.Əliyev bütün ömrünü 
Azərbaycan xalqının hərtərəfli inkişafına həsr etmişdir. 
Tərbiyə prosesi daim yeniləşən, ağır zəhmət və səy tələb edən canlı işdir. Bu prosesdə təhsilin və 
mədəniyyətin rolu böyük olmuşdur. Dünyada elə qüvvələr də vardır ki, bu qüvvələr insanları yolundan 
azdırmağa çalışırdılar. İnsanlara real həyatı dərk etməyi öyrətməkdə, mürtəce və terrorçu qüvvələrdən 
xilas etməkdə təhsil və mədəniyyətin böyük rolu olmuşdur. XX əsrdə dağıdıcı, parçalayıcı xarakterli 
qüvvələr meydana gəldi. Beynəlxalq birliklərin səylərinə baxmayaraq ayrı-ayrı millətlər, xalqlar 
arasında ziddiyyətlər, barışmazlıq və nifrət halları yaranırdı. Müxtəlif ideologiyalar meydana çıxır, 
ictimai sistemlər və milli münaqişələr bir-birinə qarşı qoyulurdu. Belə bir şəraitdə insanların, xüsusilə 
yenicə müstəqil həyata qədəm qoyan gənclərin tərbiyəsi, elmi, fəlsəfi keyfiyyətlərin inkişafı xüsusilə 
vacib idi. Məhz belə qüvvələrə qarşı mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının Təhsil 
Nazirliyi, respublikanın ali və ümumi təhsil məktəbləri bir sıra tədbirlər həyata keçirmişdir. 
Hər bir xalqın tarixində elə parlaq hadisələr var ki, uzun müddət keçdikdən sonra da belə 
hadisələr unudulmur. Xalq üçün, dövlətimiz üçün belə bir ağır məqamda dünya şöhrətli siyasətçi 
H.Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirərək siyasi hakimiyyətə qayıtdı və öz əməyi ilə 
Azərbaycan xalqını ağ günlərə çıxartdı. 
Ulu öndər Heydər Əliyev əməyinin izləri həyatda uzun müddət qalacaqdır. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin