Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 96 MÖVZU 41 Heydər Əliyev və Azərbaycan gəncliyi Yaxın tariximizin son bir qərinəlik dövrünə nəzər saldıqda görürük ki, Azərbaycanın bütün
sahələrdə qazandığı uğurlar, onun günbəgün artan nüfuzu, sözün əsl mənasında, böyük insan olan
Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin xüsusilə təhsilə, elmə,
mədəniyyətə olan qayğısı, məktəbə, müəllimə, Azərbaycan gənclərinə verdiyi yüksək qiymət siyasi
xadim, dövlət rəhbəri kimi daim onun fəaliyyətinin ana xəttini təşkil etmişdir.
İnsan fəaliyyətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası
oraya işıq saçmasın. Heydər Əliyev cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni sahələrin ən müxtəlif
aspektlərini əhatə edən fəaliyyəti ilə hikmət və söz sahibinə çevrilmişdir.
Heydər Əliyev pedaqogika və psixologiya, təlim-tərbiyə proseslərinə dair baxışları Azərbaycan
gəncliyinin formalaşmasında müstəsna rol oynamışdır. Məhz elə buna görə də o, Azərbaycan
dövlətinin memarı, qayğıkeşi və hamısı hesab edilir.
Ulu öndər H.Əliyev böyük şəxsiyyət kimi Azərbaycana rəhbərlik etdiyi 34 illik zaman ərzində
təhsilə, onun inkişafına, mədəniyyətin qorunmasına, uşaqlara və gənclərə qayğı ilə yanaşmışdır. Ulu
öndər Heydər Əliyev təlim-tərbiyənin, elmin, təhsilin müasir problemlərinə dair fikirləri ilə
Azərbaycan gəncliyinə atalıq qayğısı göstərmişdir.
―Bizim gərək gənc kadrlarımız üzə çıxsın və XXI əsrdə onların bizim bu gördüyümüz işlərin,
yaratdığımız bu bünövrənin təməlin üzərində qalxan, ucalan və böyük bir dövlətə çevrilən
Azərbaycanı irəliyə aparsınlar‖.
Heydər Əliyev. Müstəqil dövlətimizin inkişafı və möhkəmlənməsinə təsir göstərən amillər çoxdur. Bu amillər
içərisində tərbiyənin, xüsusilə gənclərin və yeniyetmələrin milli mənəvi dəyərlər çərçivəsində
tərbiyənin əhəmiyyəti önəmli və aktualdır.
Böyük tarixi şəxsiyyət, öz dövrünün canlı tarixi olan ulu öndər Heydər Əliyevin bütün həyatı və
ictimai-siyasi fəaliyyəti əsl tərbiyə məktəbidir. H.Əliyevin əsas qayəsi, ideyası gənc nəslin mənəvi
dünyasını milli əxlaqi dəyərlər əsasında formalaşdırmaqdır.
Bu torpaqda söz sənəti ilə qanımıza, canımıza elə duyğular hopmuşdur ki, biz həmin duyğularla
vətəni, onun təbiətini, insanlarını sevmişik.
Azərbaycan xalqı, Azərbaycan gəncləri bu sevgini yer üzündə yaşayan bütün insanlara çatdıra
bilirlər. Xalqımızın ulu və dahi şəxsiyyətləri də sənət zirvəsinə qalxmaq üçün bəşəri dəyərlərdən
faydalanmışlar.
Belə olduğu halda Nizami Gəncəvi ―İsgəndərnamə‖ kimi böyük bir poema yaza bilmişdir. Ulu
öndər H.Əliyevin mədəni irsə böyük diqqət və qayğı ilə yanaşmasının özü bir nümunədir.
Dahi Nizaminin 850 illik yubileyinin, Bülbülün 100, Səməd Vurğunun 90 illik yubileyinin
təntənə ilə bayram edilməsi bu qayğının parlaq nümunəsidir.
Bu gün təhsil xalqlarında Heydər Əliyevin siyasi məktəbini açıqlayan dərslər keçirilir.
Bu, hər şeydən əvvəl vətənpərvərlik, vətəndaşlıq dərslərdir. Diplomat, hərbi qurucu, elmi xadimi,
Azərbaycan gənclərin möhkəm dostu və nəhayət adi insan olan H.Əliyev fenomeni hələ neçə-neçə illər
bundan sonra da öyrəniləcəkdir. Gələcək nəsillər onun mənalı həyatından dəyərlənəcəkdir.
Ümumilli lider H.Əliyevin istəyi, arzusu vətən sevgisini gənclərə aşılamaq, onların fikrinə
hopdurmaqdır. Çünki insan hansı məqama, mərtəbəyə yüksəlsə də, ilk və əbədi istinadgah vətən
torpağıdır. Hər bir insanın ilk dünya görüşü bu torpaqda formalaşır, bu torpaqdan mənəvi qida alır. O,
əbədi səadəti, xoşbəxtliyi vətən torpağına bağlı olmaqda görməkdir. Buna görə də H.Əliyev gənc nəslə
tövsiyyə edir ki, vətəni sevsin və əzizləsin. Elə bu amalla da üzünü gənclərə tutaraq nəsihət edirdi.
―Vətən bizim ata ocağımızdır. Hara getsək də bizim fikirlərimiz, xəyallarımız daim bu torpaqdadır‖.