Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 95 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq
səsverməsi ilə qəbul olundu.
Konstitusiyada
dövlət
müstəqilliyi,
suverenliyi,
ərazi
bütövlüyü,
cəmiyyətin
demokratikləşdirilməsi, dünyavi dövlətin qurulması, bazar iqtisadiyyatına xas olan münasibətlərin
formalaşdırılması kimi amillər təsbit olundu.
1995-ci il noyabrın 12-də ölkəmizdə ilk demokratik parlament seçkiləri keçirildi.
1995-ci ildə Azərbaycan Gənclər Təşkilatı Milli Şurası, Respublika Uşaq Təşkilatı yaradıldı.
1996-cı ilin fevralında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İslahatlar
Komissiyası yaradıldı.
1996-cı fevralın 2-də gənclərin I respublika forumu keçirildi. Həmin gün tarixə Gənclər günü
kimi daxil oldu.
1998-ci ilin fevralında ―İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
haqqında‖ Prezident fərmanı verildi.
1998-ci ilin avqustunda ―Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər haqqında‖ Prezident fərmanı ilə senzura ləğv edildi. 1998-ci ildə
respublikada ölüm cəzası tamamilə ləğv edildi. Bununla da Azərbaycan Şərqdə ölüm cəzasının ləğv
edildiyi ilk ölkə oldu.
1998-ci ildə Konstitusiya Məhkəməsi yaradıldı.
1998-ci il oktyabrın 11-də Heydər Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti
seçildi.
1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. 2001-ci
il dekabrın 28-də Milli Məclis ―Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) haqqında‖ Konstitusiya qanununu qəbul etdi. Beləliklə, demokratik dövlətdə insan
hüquq və azadlıqlarının müdafiəçisi olan Ombudsman təsisatı yaradıldı.
2000-ci ildə hakimlərin xüsusi imtahandan keçməsi təcrübəsi tətbiq olundu.
2000-ci ildə respublikada rəsmi qeydə alınmış 34 siyasi partiya, 1000-dən çox ictimai birlik
mövcud idi ki, bu da demokratik dəyərləri göstərən mühüm faktorlardandır.
2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə
dair referendum keçirildi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 2003-cü il fevralın 17-də
―Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya (2003-2012-ci illər)‖ təsdiq edildi.