Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
91
4. 1990-cı ilin yanvarında Xanlar rayonun Quşçu kənd əhalisinə ermənilərin divan tutmasında
sonra
Milli Müdafiə Şurası yaradıldı.
1990-cı il yanvarın 19-da Naxçıvan MSSR-nin Ali Soveti Muxtar Respublikasının SSRİ-nin
tərkibindən çıxması haqqında qərar qəbul etdi.
1990-cı il yanvarın 20-də gecə saat 24. 00-da Bakı şəhərində fövqəladə vəziyyət tətbiq etdi və
şəhərə əlavə hərbi qüvvələr gətirildi.
1990-cı il yanvarın 19-da saat 20:00 radələrində dövlət televiziyasının enerji bloku partladıldı.
SSRİ-müdafiə naziri D.Yazovun başçılığı ilə 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə sovet
ordusu Bakıya hücum edərək Qanlı Yanvar faciəsini törətdi. 131 nəfər öldürüldü 744 nəfər yaralandı,
ölkədə 40 günlük ümummilli tətil başlandı. Ertəsi gün H.Əliyev Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gedərək bu qanlı aksiyaya etirazını bildirdi.
Mərkəz Azərbaycanda yaranmış hakimiyyət böhranını Ə.Vəzirovun yerinə A.Mütəllibovu Az.
KPMK-nin I katibi təyin etməklə aradan qaldırmağa çalışdı.
1990-cı il mayın 19-da Az. SSR Ali Sovetinin sessiyası prezident vəzifəsi təsis etdi.
A.Mütəllibov prezident oldu.
1990-cı il iyulun 20-də H.Əliyev Moskvadan qayıdaraq Naxçıvana getdi.
Az. SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçilən H.Əliyevin səyi nəticəsində 1990-cı
il noyabr sessiyasında Muxtar Respublikanın adından ―Sovet Sosialist‖ sözü götürüldü və
Ali Sovet
―Ali Məclis‖ adlandırıldı.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin sessiyası ölkənin ―Azərbaycan Respublikası‖
adlandırılması haqında qərar qəbul etdi. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı
kimi təsdiq olundu.
1991-ci ilin əvvəllərində ―Qondarma Dağlıq Qarabağ Respublikasının‖ yaradıldığı elan olundu.
1991-ci il avqustun 30-da çağırılmış Ali Sovetin növbədənkənar sessiyası ―Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə‖ qəbul etdi.
Xalqın təkidli tələbi ilə H.Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinə sədr seçildi.
Ali sovetin 1991-ci il oktyabrın 18-də çağırılmış sessiyası Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında ―Konstitusiya Aktı‖-nı qəbul etdi. Azərbaycan dövlətçiliyi
bərpa olundu və
sonra:
1) 18 oktyabrda rayon və şəhərlərdə icra hakimiyyəti başçısı vəzifəsi təsis olundu.
2) Prezident idarəsi yaradıldı.
3) Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu.
İlk dövlət katibi akademik Tofiq İsmayılov təyin olundu. 1991-ci noyabrın 20-də Yuxarı
Qarabağda-Xocavənddə vəziyyəti öyrənmək üçün Azərbaycan Respublikasının dövlət katibi,
daxili
işlər nazirliyi, baş prokuroru, Nazirlər Kabinetinin sədr müavini, SSRİ-Müdafiə Nazirliyinin Rusiya və
Qazaxıstanın bir neçə səlahiyyətli nümayəndəsini aparan vertalyotun erməni terrorçuları tərəfindən
vurulub salınması respublikada siyasi vəziyyəti gərginləşdirdi. 1991-ci il noyabrın 26-da Ali Sovetdə
25 nəfər ―demokratik blok‖dan 25 nəfər isə iqtisadyönlü deputatlardan ibarət Milli Şura yaradıldı.
1991-ci il dekabrın 8-də Müstəqil Dövlət Birliyinin yaradılması SSRİ-nin varlığına son
qoyulması və M.Qorbaçovun SSRİ prezident vəzifəsindən sonra dekabrın 29-da
Azərbaycanda
referendum keçirildi.
Dövlət müstəqilliyinin atributlarından olan Dövlət himni (1992-ci il may) və Dövlət gerbi (1993-
cü il) təsdiq edirdi.
1992-ci ildə manat (milli valyuta) dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının dövlət
müstəqilliyini ilk tanıyan-Türkiyə dövləti oldu. Sonra isə Rumıniya, Pakistan, İsveçrə, İran, Rusiya,
ABŞ və s. dövlətlər oldu.
Dostları ilə paylaş: