Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 93 MÖVZU 39 Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması. Siyası sabitlik, Milli dövlətçiliyi möhkəmlətmək. H.Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə səs çoxluğu ilə Azərbaycan
Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimini oktyabrın 10-da keçirən H.Əliyev ölkənin
ərazi bütövlüyünü, tam suverenliyini təmin edəcəyini, xalqın rifahının yaxşılaşacağını xalqa bəyan
etdi.
1993-cü il noyabrın 2-də prezident H.Əliyev xalqı vətənin müdafiəsinə çağırdı. Bəzi çətinliklərə
baxmayaraq respublikada demokratik dövlət quruculuğu prosesi davam etdirildi.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq
səsverməsi ilə qəbul olundu.
Konstitusiyada
dövlət
müstəqilliyi,
suverenliyi,
ərazi
bütövlüyü,
cəmiyyətin
demokratikləşdirilməsi, dünyəvi dövlət qurulması, bazar iqtisadiyyatına xas olan münasibətlərin
formalaşdırılması kimi amillər təsbit olundu.
1995-ci il noyabrın 12-də ölkəmizdə ilk demokratik parlament seçkiləri keçirildi. 1995-ci ildə
Azərbaycan Gənclər Təşkilatı Milli Şurası, Respublika Uşaq Təşkilatı yaradıldı.
1996-cı ildə Xüsusi islahatlar komissiyası yaradıldı. 1996-cı il aprelin 2-də gənclərin I respublika
forumu keçirildi.
Bu gün tarixə Gənclər günü kimi daxil oldu. 1998-ci ilin fevralında ―İnsan və Vətəndaş
hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında‖ fərman verildi. 1998-ci ilin avqustunda
Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığına təmin edilməsi səhəsində əlavə tədbirlər
haqqında ―Prezident fərmanı‖ ilə senzura ləğv edildi.
1998-il də ölüm cəzası ləğv edildi. (Şərqdə ilk ölkə)
1998-ci ildə Konstitusiya məhkəməsi yaradıldı.
1998-ci ildə oktyabrın 11-də H.Əliyev Azərbaycanın Prezidenti seçildi.
1999-cu ildə dekabrın 12-də ilk bələdiyyə seçkiləri keçirildi.
2001-ci ildə dekabrın 28-də Milli-Məclis ―Azərbaycan Respublikasının insan hüquqları üzrə
Müvəkkili (Ombudsman)‖ haqqında-konstitusiya qanunu qəbul etdi.
2000-ci ildə respublikada rəsmi qeydə alınmış 34 siyasi partiya, 1000-dən çox ictimai birlik
mövcud idi.
2002-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair
referendum keçirildi.
2003-cü il fevralın 17-də ―Azərbaycanın Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiya‖ təsdiq edildi. 2003-cü il avqustun 4-də İlham
Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin olundu. 2003-cü il oktyabrın 15-də H.Əliyev
Prezident seçildi. 2003-cü il dekabrın 12-də Ümummilli lider H.Əliyev vəfat etdi.
H.Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın, elmin və mədəniyyətin
inkişafında böyük nailiyyətlər qazanmışdı.
Hazırkı mürəkkəb şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi xəttini
və ideyalarını uğurla davam etdirir. 2005-ci il noyabr ayında Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilər keçirildi.
2005-ci ilin aprelində Milli Məclis ―H.Əliyev‖ ordenini təsis edilməsi haqqında qanun qəbul
etdi. İlk dəfə Prezident İlham Əliyev və türk dünyasının görkəmli xadimi İnsan Doğramacı təltif
olundu.
2005-ci il mayın 10-da Respublika sarayının qarşısındakı xiyabanın və H.Əliyevin əzəmətli
heykəlinin açılışı oldu.
2008-ci il oktyabrın 15-də İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçildi.
2009-cu il martın 18-də Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsinə dair referendum
keçirildi.