Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 90 MÖVZU 38 Azərbaycanda xalq hərəkatının başlanması. Qanlı yanvar hadisələri. Yenidənqurmanın və aşkarlığın yaratdığı imkanlar Azərbaycanın Dağlıq Qarabağ Muxtar
Vilayətində (DQMV) milli müdafiə ocağının yaradılmasına gətirib çıxardı. H.Əliyevin gələcəkdə milli
münaqişələrə səbəb ola biləcək hərəkətlərdən imtina edilməsi haqqında mərkəzin ünvanına söylədiyi
iradlar iradlar onun 1987-ci ildə hakimiyyətdən uzaqlaşdırılmasına səbəb oldu.
Qərb dövlətləri bu münaqişədən istifadə edərək 1987-ci ilin iyununda erməni ―genosidi‖
qurbanlarına xatirə günü təsis etdi. Zori Balayanın ―Ocaq‖ kitabı milli münaqişəni daha da qızışdırdı.
Ermənilər Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış etməyə başladılar və Azərbaycan torpaqları
hesabına ―Böyük Ermənistan‖ yaratmaq istəyirdilər.
M. Qorbaçovun əlaltısı A.Aqanbekyan Parisdə ―Humanite‖ qəzetinə verdiyi müsahibədə SSRİ
rəhbərliyi DQMV haqqında mövqeyini açıq şərh etdi.
Milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan Azərbaycanlılar oldu. 1988-ci ilin
yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. Fevralın 24-də Əsgəran
rayonunda 2 azərbaycanlı gənc öldürüldü. 16 nəfər yaralandı. Ermənilər 1988-ci ildə Sumqayıtda
təxribat törətdilər. ―Paşa‖ ləqəbli E.Qriqoryan cinayət və qarətlər törədərək lentə alaraq bütün dünyaya
yaydılar.
1988-ci ildə quldurları Quqark rayonunda 14 nəfər ağaca sarıyıb diri-diri yandırdılar. Erməni
cəlladları Leninakanın (Gümrü) uşaq evindən Azərbaycana göndərilən 70 nəfər Azərbaycanlı uşağı
Spitakda diri-diri borunun içərisinə doldurub ağzını qaynaqladılar. Dekabrın 11-də Ermənistanın
zəlzələ zonasına köməyə gedən 78 nəfər azərbaycanlının ―İL-76‖ təyyarəsi ―Stinger‖ qurğusu ilə
vuruldu.
1991-ci il avqustun 8-də Ermənistanda sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri rayonu)
rus əsgərlərinin köməyi ilə boşaldıldı.
Ermənistandakı 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü.
1200 adam yaralandı. 31min ev, 165 kolxoz və sovxoz əmlakı talandı.
1989-cu ilin SSRİ Ali Soveti Rəyasət Heyətinin ―Azərbaycan SSR-in DQMV-də xüsusi
idarəçilik formasının tətbiqi haqqında‖ qərarı ilə əslində vilayət əməli olaraq Azərbaycanın tərkibindən
çıxarıldı. Ermənipərəst A.Volskinin rəhbərliyi ilə xüsusi idarə Komitəsi yaradıldı.
1989-cu ilin iyulunda Stepanakertin (Xankəndinin) 14 min nəfərdən ibarət azərbaycanlı əhalisi
şəhərdən çıxarıldı. Azərbaycanlıların tələbi ilə xüsusi idarə Komitəsi ləğv olundu.
1990-cı ilin mayında Dağlıq Qarabağ Muxtar Vilayətinin idarəsi yenidən Azərbaycana
qaytarıldı.
SSRİ-nin iflasının qarşısını almaq üçün imperiya ―parçala-hökmranlıq et‖ siyasətinə əl atdı.
Azərbaycan SSR-də əvvəlcə kortəbii etiraz formasında başlayan milli demokratik və azadlıq
hərəkatının yüksəlişinin əsas səbəbləri Ermənistanda yaşayan azərbaycanlıların kütləvi şəkildə
deportasiyası və Dağlıq Qarabağ ermənilərinin separatçılığa meyillərinə mərkəzin xeyir dua verməsi
idi.
İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. Xalq hərəkatının ən yüksək
mərhələsi noyabrın 17-də başlandı. Həmin gün tariximizə ―Milli dirçəliş günü‖ kimi daxil oldu.
Azadlıq meydanında keçirilən mitinqlərdə yarım milyondan çox adam iştirak edirdi.
Qorxuya düşən hökümət Bakı, Naxçıvan və Gəncə şəhərlərində komendant saatı tətbiq etdi. Xalq
Azərbaycan xalq cəbhəsi ətrafında birləşdi.
1989-cu ilin iyununda Bakıda keçirilən konfransda AXC-nin proqram və nizamnaməsi qəbul
edildi. Ə.Elçibəy sədr seçildi.