Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


-ci ildə erməni quldurları öz havadarlarının köməyi ilə Azərbaycanın aşağıdakı



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə101/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   97   98   99   100   101   102   103   104   ...   114
Azərbaycan tarixi

1992-ci ildə erməni quldurları öz havadarlarının köməyi ilə Azərbaycanın aşağıdakı 
yaşayışməntəqələrini işğal etdilər. 
1. Yanvarda Kərkicahan, fevralda Malibəyli, Quşçular və Qaradağlı kəndləri ələ keçirildi. Təkcə 
Qaradağlı kəndində 150-yə yaxın döyüşçü və kənd sakini həlak oldu. 
2. Fevralın 25-də axşam saat 9-da Rusiyanın 366-cı mexanikləşdirilmiş atacı alayı və erməni quldurları 
Xocalıya hücum etdi, 613 nəfəri öldürdülər, 487 nəfəri yaraladılar. 1275 nəfəri əsir götürdülər. XX 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 92 
əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törədildi. Şəhəri işğal edən vəhşiləşmiş 
ermənilər tərəfindən meyitlər təhqir edlib, eybəcər hala salındı. Bu faciə bəşəriyyətə qarşı yönəldilmiş 
ən böyük cinayətlərdən biri kimi tarixə düşdü. Xocalının müdafiəsi zamanı göstərdikləri qəhrəmanlığa 
görə Əlif Hacıyevə və Tofiq Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi. 
3. Rusların 366-cı alayların texnika və əsgərlərin köməyi ilə 6000 nəfər erməni 72 tankla hücum edib, 
mayın 9-da Şuşa şəhərlərini əla keçirdi; 
4. Mayın 18-də Laçın işğal edildi; 
5. 1992-ci ilin oktyabrın 2-də Xocavənd işğal olundu. 
Qarabağ müharibəsində Azərbaycanın silahlı qüvvələri bir sıra uğurlu əməliyyatlar keçirmişdi. 
1992-ci ilin yayında Azərbaycan ordusu Ağdərə əməliyyatı nəticəsində Goranboy bölgəsinin işğal 
olunmuş torpaqlarını azad etdi. 
1993-cu ildə Azərbaycanın aşağıdakı əraziləri işğal edildi: 
1) Kəlbəcər – 3 apreldə 
2) Ağdam - 23 iyulda 
3) Cəbrayıl, Füzuli, Qubadlı rayonları – avqusta 
4) Zəngilan – 30 oktyabrda 
Etibar İsmayılov Xankəndi istiqamətində pusquya düşən kəşfiyyatçı dostlarına xilas etmək üçün 
qumbara ilə özünü düşmən tankının altına ataraq partlatdı. 
1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kəndi; Cəbrayıl və Kəlbəcər 
rayonlarının bir sıra yaşayış məntəqələri Milli ordunun əks-hücum əməliyyatı nəticəsində düşməndən 
azad edildi. 
1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında gedən elan edilməmiş müharibədə 
atəşkəs əldə olundu. Azərbaycan ordu quruculuğunu möhkəmləndirmək məqsədilə vaxt qazanmaq 
üçün bu taktiki addımı atdı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin