Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə97/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   93   94   95   96   97   98   99   100   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 88 
Yeni Dövlət Müdafiə Komitəsi təşkil olundu. Yaqub Məmmədov ölkədə siyasi sabitlik yaratmaq 
üçün martın ikinci yarısında bütün siyasi qüvvələrə müraciət edib onları birliyə, əməkdaşlığa çağırdı. 
Ali Sovet 1992-ci il iyunun 7-nə yeni prezident seçkiləri təyin etdi. 
Cəbhələrdə vəziyyətə əsaslı təsir etmək imkanına malik silahlı dəstələrə arxalanan qüvvələrin 
çəkişməsinin, xainliyin növbəti qurbanları Şuşa və Laçın oldu. 
Şuşanın müdafiəsinin olduqca böyük hərbi strateji və mənəvi-siyasi əhəmiyyəti vardı. Şəhər 
uzun müddət mühasirədə qalmışdı. 
Mayın 7-dən 8-nə keçən gecə düşmən şəhəri güclü artilleriya atəşinə tutdu. Hücumda 80 T-72 
tankı, 6000-ə yaxın döyüşçü, o cümlədən xarici muzdlular iştirak edirdi. Səhərə yaxın şəhər ətrafındakı 
postların əksəriyyəti tutulmuşdu, yalnız bəzi mövqelərdə milli qüvvələr düşmənə qarşı qəhrəmancasına 
vuruşurdular. Döyüşlərdə şəhərin 155 müdafiəçisi şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin 
düşdü. 
Şuşanın süqutu ilə erməni faşistləri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı 
başa çatdı. Şuşanın süqutu, milli hərbi hissələrin Laçını tərk etməyə başlaması respublikada siyasi 
vəziyyəti daha da gərginləşdirdi. 
Mayın 14-də Ali Sovetin sessiyası azlıqda qalan Demblokun etirazına baxmayaraq, Ayaz 
Mütəllibovu vəzifəsinə qaytardı. A.Mütəllibov elə həmin saat respublikada fövqəladə vəziyyət tətbiq 
etmək, siyasi azadlıqları məhdudlaşdırmaq haqqında Fərman verdi. Milli Şura buraxıldı. Prezident 
seçkiləri ləğv edildi. 
AXC Bakıdakı silahlı qüvvələrinə, döyüş bölgələrində hadisələrə təsir etmək imkanlarına 
arxalanaraq hakimiyyət uğrunda qəti döyüşə girdi. Onun qərargahı ətrafında yüzlərlə insan, silahlı 
dəstələr toplaşmışdı. AXC rəhbərliyi Mütəllibovun Konstitusiyaya zidd rejimini tanımamağa çağırdı. 
Bütün müxalif qüvvələr bu çağırışa qoşuldu. 
Mayın 15-də AXC qərargahı qarşısında mitinq keçirildi. Ölkədə baş verən Konstitusiyaya zidd 
proseslərə qarşı Heydər Əliyevin bəyanatı burada dəfələrlə səsləndirildi. A.Mütəllibov AXC 
rəhbərliyini danışığa dəvət etdi. Lakin cavab olaraq ondan saat 16-dək dövlət hakimiyyəti iddiasından 
rəsmi əl çəkmək və prezident iqamətgahını tərk etmək tələb olundu. Vaxt tamam olanda AXC fəalları 
silahlı qüvvələrin, zirehli texnikanın müşayiəti ilə parlament binasına hücum etdilər. Atışmada bir 
nəfər öldü, üç nəfər yaralandı. Parlamentin, Dövlət Teleradio Şirkətinin binaları, az sonra Prezident 
sarayı və başqa strateji obyektlər zəbt olundu. A.Mütəllibov gizlicə Rusiyaya qaçdı. 
Fürsətdən istifadə etməyə çalışan müdafiə naziri Rəhim Qazıyev mayın 16-da Milli Şurada 
respublikada hərbi diktatura yaradılmasını bütün hakimiyyətin Müdafiə Nazirliyinə verilməsini tələb 
etdi. 
AXC-nin hakimiyyətə gəlişinə hadisələri idarə edən bütün tərəflər razılaşdılar. Xalqın fikri ilə 
maraqlanan isə yox idi. AXC hakimiyyətə gəlişini legitimləşdirmək istəyirdi. Ali Sovetin 14 may 
qərarlarının qəbulu zamanı kvorum olmadığını sübuta yetirməyə çalışan komissiyanın rəyini 
parlamentin sədri qəbul etmək istəmir, kompromis tərəfdarlarının xeyrinə siyasi güzəştlər əldə etməyə 
çalışırdı. Yaranmış böhrandan çıxmaq üçün mayın 16-17-də tərəflər arasında sövdələşmə oldu. 
Koalision hökumət yaradılması və İsa Qəmbərovun Ali Sovet sədrliyinə namizəd göstərilməsi qərara 
alındı. 
Ali Sovetin mayın 18-də keçirilmiş sessiyasında qeyd olundu ki, mayın 14-də parlamentin qəbul 
etdiyi qərarlar qanuni deyildir. Ali Sovetin sədri Yaqub Məmmədovun istefası qəbul edildi. İsa 
Qəmbərov Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Yeni seçkilərə qədər prezident 
səlahiyyətlərini yerinə yetirmək ona həvalə olundu. Ali Sovetin Milli Şurası "Milli Məclis" adlandırıldı 
və parlament səlahiyyətləri ona verildi. Koalision hökumətə, əsasən, AXC və keçmiş kommunistlər 
daxil idi. 
Bakıda hakimiyyət davası getdiyi vaxt silahlı qüvvələrin Laçından çıxarılmasından istifadə edən 
düşmən mayın 18-də Laçını işğal etdi. Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa 
əlaqə - dəhliz yarandı. 
İnsanlar AXC-nin nəyin hesabına və necə hakimiyyətə gəldiyini, əksər liderlərinin məqsədinin 
yalnız bundan ibarət olduğunu anlayıb ondan daha çox uzaqlaşdılar. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin