İqtisadi və sosial yüksəliş Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə (1969-1982) idarəçiliyin
möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində sosial-iqtisadi sahədə böyük
nailiyyətlər əldə edildi.
Bəhs olunan dövrdə neft sənayesində olan geriliyin aradan qaldırılmasına cəhdlər edildi.
Xəzərdə ―28 Aprel‖, ―Bahar‖, ―Günəşli‖ və s. zəngin neft və qaz kondensat yataqları aşkar edildi. 50-
yə qədər neft yatağından istifadə olundu. Neftçıxarma texnikası və texnologiyası təkmilləşdirildi.
Dənizdə 2800-6500 mert dərinliyində neft quyularının qazılmasına başlandı.
1976-ci ildə Yeni Bakı Neftayırma zavodunda, 1982-ci ildə Bakı Neftayırma zavodunda neftin
ilkin emalı üçün ELOU-AVT qurğusu işə salındı. Bu müəssisələrdə 30 adda müxtəlif neft məhsulları
istehsal olunurdu.
1975-ci ildə bakıda Məişət Kondisionerləri zavodu, 70-80-cı illərdə ―Ulduz‖ elektrik
cihazqayırma, ağır elektrik qaynaq avadanlığı ―Ozon‖ zavodları, Gəncədə cihazqayırma zavodu,
Sumqayıtda məişət kompressorları zavodu işə salındı.
1990-ci illərin əvvəllərində SSRİ-də istehsal olunan neftçıxarma texnikasının üçdə iki hissəsini
Azərbaycan verirdi. Neft maşınqayırma sənayesi sahəsində Azərbaycan ABŞ-dan sonra dünyada ikinci
yeri tuturdu. 1970-1980-cı illərdə ölkədə istehlak malları istehsal edən müəssisələr şəbəkəsi genişləndi.
Əhalinin tələbatını ödəmək üçün tikinti materialları istehsalı artırıldı. Bakının ətrafında yeni
mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və bu kimi yeni yaşayış massivləri salındı. 1969-
1982-ci illərdə 20 milyon kv metr mənzil sahəsi istifadəyə verildi. Enerji tutumlu sahələrin inkişafı
respublikada elektrik enerjisi istehsalının artmasını tələb edirdi. Elektrik enerjisinə olan tələbatı
ödəmək üçün 1971-ci ildə Naxçıvan MSSR-də Araz, 70-ci illərin ortalarında Tərtər, 1981-1984-cü
illərdə Şəmkir su-elektrik stansiyaları işə salındı.