Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə91/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   87   88   89   90   91   92   93   94   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 83 
1962-ci ildə Bakı-Krasnovodsk bərə yolu. 1967-ci ildə Yevlax-Bərdə-Ağdam dəmir yolu işə 
düşdü. 
1958-ci ildə Maşın Traktor Stansiyaları ləğv edilərək, bütün texnika kolxozlara verildi. 
1947-ci ildə kartoçka sistemi ləğv edildi. Lakin bəzi ərzaq məhsullarının satış qiyməti yüksək 
olaraq qalırdı.1961-ci ildə pul islahatı keçirildi. Lakin görülən tədbirlər respublika əhalisinin maddi 
güzəranını yaxşılaşdıra bilmədi. 
Bu dövrdə Bakıda Şəhriyar adına klub, Hökümət evi, Respublika stadionu, Bakı hava limanı, 
Akademiya şəhərciyi, Dövlət Sirki və s. tikildi. 1949-cu ildən tikintisinə başlanan Bakı 
metropoliteninin ilk 6 stansiyası 1967-ci ildə istifadəyə verildi. 1956-cı il fevralın 14-də Azərbaycan 
televiziyası fəaliyyətə başladı. 
1963-cü ildə SSRİ ərazisində olduğu kimi,Azərbaycanda da ərzaq qıtlığı yarandı. Bunun əsas 
səbəblərindən biri kəndlilərin şəxsi yardımçı təsərrüfatlarının sıxışdırlması idi. 
Müharibədən sonrakı dövrdə təhsil sahəsində bir çox islahatlar keçirildi: 
1. 1945-ci ildə ümumtəhsil məktəblərində buraxılış imtahanları müəyyən olundu. 
2. Əlaçı şagirdlər üçün qızıl və gümüş müdallar tətbiq olundu. 
3. 1949-cu ildən icbarı yeddi illik, 1959-cu ildən icbarı səkkiz illik təhsilə, 1966-cı ildən isə məcburi 
on illik təhsilə keçildi. 
Bakıda Teatr İnstitutu (1945), Pedaqoji Xarici Dillər İnstitutu (1948), Politexnik İnstitutu 
respublikamızda elmin inkişafında böyük rol oynamağa başladı. Akademiyada onun ilk prezidenti 
Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Yusif Məmmədəliyev kimi görkəmli alimlər 
çalışırdılar. 
İ.V.Stalinin vəfatından sonra Azərbaycan ədəbiyyata fəlsəfə və tarixində tənqidi mövzuda bir 
sıra əsərlər, ictimai elmələr sahəsində Ü.Hacıbəyovun (Azərbaycan Xalq Müsiqisinin əsasları), 
―Heydər Hüseynovun (XIXəsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən)‖. 
Azərbaycan musiqisinin inkişafında böyük nailiyyətlər əldə edildi. Musiqi sənətinin inkişafında 
Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Soltan Hacıbəyovun və 
Cahangir Cahangirovun böyük rolu oldu. Ü.Hacıbəyov ―Nizami‖ kontatasını yazdı. Q.Qaraye vin 
―Yeddi gözəl‖ və ―İldırımlı yollarla‖ baletləri, F.Əmirovun ―Sevil‖ operası, A.Məlikovun ―Məhəbbət 
əfsanəsi‖ baleti səhnəmizi bəzədi. 
Görkəmli rejisorlardan Adil İsgəndərov,Tofiq Kazımov, Mehdi Məmmədov və başqalarının 
quruluşunda aktyorlardan Ələsgər Ələkbərov, Mərziyə Davudova, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, 
Möhsün Sənani, Nəsibə Zeynalova, və başqalarının iştirakı ilə yüzlərlə səhnə əsəri tamaşaya qoyuldu. 
İkinci dünya müharibəsindən sonrakı dövrdə Azərbaycanda rəssamlığın, memarlığın 
inkişafında da böyük irəliləyişlər oldu. Görkəmli rəssamlardan Səttar Bəhlulzadə, Tahir Salahov
Mikayıl Abdullayev, Vəcifə Səmədova, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, xalçaçı rəssam 
Lətif Kərimov, heykəltəraşalrdan Fuad Əbdülrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay 
Məmmədov xalqın ruhunu oxşayan möhtəşəm əsərlər yaratmışdılar. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin