Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
82
MÖVZU 34
1950-ci illərin ortaları - 1960-ci illərdə siyası sistemin təkmilləşdirilməsi
1953-cü il martın 5-də İ.V.Stalinin vəfatından sonra Sov, İKP MK-nin birinci katibi N.Xruşşov
inzibati-amirlik idarə sistemini, o cümlədən şəxsiyyətə pərəştişi kəskin tənqid dərək Stalinin yaxın
adamlarını vəzifədən uzaqlaşdırdı. 1956-cı ilin aprelində SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası
tərəfindən ölüm cəzasına məhkum edildi.
Ölkədə İslah–Əmək Düşərgələri baş İdarəsi (QULAQ) ləğv edildi. Represiyaya məruz qalmış
yüzlərcə azərbaycanlıya, o cümlədən H.Cavidə, Y.V.Çəmənzəmənliyə, Ə.Cavada, Müşfüqə və
başqalarına bəraət verildi. Onların üzərindən ―xalq düşməni‖ damğası götürüldü.
1956-cı ilin may ayında məhkəmə quruculuğu, mülkü cinayət və məhkəmə məcəllərinin qəbulu
respublikaların öz ixtiyarına verildi.
1954-cü ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin edilmiş İmam Mustafayev
respublikamızın iqtisadi müstəqilliyinin təmin olunmasına çalışırdı. Milli sənayenin inkişaf etdirilməsi
Bakıda azərbaycanlıların sayının xeyli artmasına səbəb oldu və bakıda
demoqrafik şəraitin belə
dəyişməsi N.S.Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək
planını pozdu.
1956-cı ilin avqustun 21-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında
Azərbaycan dili
haqqında xüsusi qərar qəbul edildi. Dövlət idarələrində ana dilimizin tətbiqinə başlansa da, hökümətin
təzyiqi ilə bu proses dayandırıldı. Bütün bunlar İ.Mustafaye vin 1959-cu ildə millətçilikdə
təqsirləndirilərək vəzifədən azad edilməsinə səbəb oldu. 1959-cu ildə Vəli Axundov (1959-1969)
respublikaya rəhbər təyin edildi.
Dostları ilə paylaş: