Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


İran və Cənubi Azərbaycan 1970-ci illərin sonu-1990-cı illərdə



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə86/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   82   83   84   85   86   87   88   89   ...   114
Azərbaycan tarixi

 
İran və Cənubi Azərbaycan 1970-ci illərin sonu-1990-cı illərdə 
1970-cı illərin sonlarından etibarən İranın müxtəlif yerlərində baş verən hadisələr ölkədə 
vəziyyətin sosial patlayışa doğru getdiyini göstərirdi. Şah hökümətinin gördüyü cəza tədbirləri sosial 
partlayışın qarşısını ala bilmədi. 
1977-ci ilin dekabrında ―Təbriz şəhərində Cənubi Azərbaycanda Milli hökümətin yaranmasının 
il dönümü münasibəti ilə nümayiş keçirildi. Bu hadisə və 1978-ci ilin yanvarında Qum şəhərində 
konstitusiya prinsiplərinə riayət olunması, şahlığın ləğv edilməsi tələbləri ilə keçirilən nümayiş 
gələcəkdə daha mühüm siyası hadisələrin baş verəcəyindən xəbər verirdi.‖ 
1978-ci il fevralın 18-də Təbriz şəhərində dini başçıların çağırışı ilə 10 minlərlə təbrizli 
müxtəlif rayonlarda küçələrə çıxdı. Bu üsyanın təşkilatşıları İranda fəaliyyət göstərən radikal sol 
partiyalar idi. Üsyanda əhalinin müxtəlif təbəqələri İştirak edirdi. 1978-1979-cu illər iran inqilabının 
sosial-siyası mahiyyətini əslində elə 18 fevral Təbriz üsyanı müəyyən etmişdi. Çünki bu üsyan şah 
rejiminə və onun fəal şəkildə təbliğ etdiyi Qərb həyat tərzinə qarşı çevrilmişdi. Ona görə də Təbriz 
üsyanını əslində İran inqilabının bir növ modeli hesab etmək olar. 
Beləliklə, 29 bəhmən Təbriz üsyanı 1978-1979-cu illər inqilabının ilk müjdəçisi oldu. 
1979-cu ilin yanvarın 16-da İrandan qaçdı. Fevralın 11-də Ayətulla Xomeyni Parisdən Tehrana 
gəldi. Şah devrildi. Fevralın 15-də şah tərəfdarları Təbrizdə əks inqilabi qiyam qaldırdılar. Fevralın 16-
da şah tərəfdarları Təbrizdə və Cənubi Azərbaycanın başqa şəhərlərində tamamilə zərərsizləşdirildi. 
Beləliklə, 1979-cu il fevralın 11-də Tehranda qələbə ilə nəticələnən inqilab fevralın 16-da Cənubi 
Azərbaycanda başa çatdırıldı. 
Fevralın 11-də hakimiyyətə gələn Xomeyni ümümxalq rəy sorğusu ilə 1979-cu il aprelin 1-də 
ölkəni İran İslam Respublikası elan etdi. İnqilabda çox fəal iştirak edən azərbaycanlıların İranda 
federasiyalı bir dövlət quruluşu yaradılmasına inamı puça çıxdı. Azərbaycan türklərinin inqilab qələbə 
qazanacağı təqdirdə milli muxtariyyət alacaqlarına olan ümidləri özünü doğrultmadı. 
İnqilabdan sonra ölkənin sosial-iqtisadi inkişafında müəyyən dəyişikliklər oldu. İnqilab 
nəticəsində qəbul edilmiş yeni konstitusiyaya görə bütün İran əhalisi kimi Azərbaycan türklərinə də 
şamil edilən bərabərlik və demokratik azadlıqlar əslində kağız üzərində qalmışdır. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin