Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə82/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   78   79   80   81   82   83   84   85   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 75 
1941-ci il oktyabrın 11-də Cənubi Azərbaycanda yerləşdirilmiş Sovet ordusu hissələrindəki 
azərbaycanlı zabit və əsgərlər üçün Təbrizdə Azərbaycan tükcəsində nəşr edilən Vətən yolunda və 
Urmiyadakı Qızıl əsgər qəzetləri burada ana dili probleminin həllində, ədəbi dilin formalaşmasında 
son dərəcədə mühüm rol oynadı. Bir çox şairlər doğma dildə yazıları ilk dəfə məhz Vətən yolunda 
qəzetində dərc etdirildi. 
1941-ci il oktyabr ayının ortalarında Təbrizdə Azərbaycan Opera və Balet Teatrının ilk qastrol 
tamaşalarının başlanması ilə Azərbaycanın ik hissəsi arasında mədəni əlaqələrin möhkəm təməli 
qoyuldu. Bunun ardınca Cənubi Azərbaycana dram teatr kollektivləri, musiqi və rəqs ansamblları, 
ədəbiyyat, incəsənət, maarif və elm xadimləri gəldi. İkinci dünya müharibəsi illərində Cəubi 
Azərbaycanın Əli Sabahi, Sahir, Balaş Azəroğlu, Əli Tudə, Məhəmməd Biriya kimi şair və yazıçıları 
yetişdi. Bu sahədə Vətən yolunda qəzeti ilk məktəb rolunu oynadı. 
1941-ci ilin sentyabr-oktabr aylarında Təbrizdə geniş xalq kütlələrinin mitinq, yığıncaq və 
nümayişlərini keçirildi. Sentyabrın 29-da Tehranda İran Xalq Partiyası yaradıldı. 1941-ci ilin noyabrı-
1942-ci ilin əvvəllərində və İXP-nin Azərbaycandakı təşkilatlarını təşəbbüsü ilə müxtəlif ictimai-
siyasi, mədəni-maarif klubları, birlik və cəmiyyətlər yaradıldı və onlar hərəkatın əsas qüvvələrinə 
çevrildi. Onların içərisində Azərbaycan cəmiyyəti, Azərbaycan zəhmətkeşlər təşkilatı, Demokratiya 
tərəfdarları mərkəzi xüsusilə nüfuz qazandılar. Cənubi Azərbaycanda demokratik ruhlu qəzet və 
jurnallar nəşrə başlandı. Azərbaycan cəmiyyəti və onun mətbuat orqanı olan Azərbaycan qəzeti 
demokratik və milli qüvvələrinin səfərbər edilməsində mühüm rol oynadı. 
Demokratik hərəkatın 1941-1945-ci illəri əhatə edən birinci mərhələsində bahalıq və 
möhtəkirliyə, rüşvətxorluğa qarşı mübarizə aparılırdı. Bu mərhələdə hərəkatın əsas xüsusiyyəti milli 
dərketmənin, milli şüurun misilsiz dərəcədə inkişafından ibarət idi. Xalq kütlələri məktəblərdə, dövlət 
idarələrində Azərbaycan dilində danışmağa, yazıb-oxumağa başladı. 1942-1944-cü illərdə ən nüfuzlu 
qəzetlər Azərbaycan dilində çıxırdı. Milli dil ideyası milli-azadlıq ideologiyasının sütunlarından biri 
idi. 
1945-ci ilin yayında Cənubi Azərbaycan demokratik hərəkatın ikinci mərhələsi başlandı. 
Bu mərhələdə İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün milli-
demokratik hərəkatın düşmənləri ilə əlbir hərəkət edir, etnik toqquşmaları qızışdırır və vətəndaş 
müharibəsi törətməyə can atırdılar. Demokratik qüvvələr mürtəce qüvvələrin hücumlarından 
qorunmaq, şəhər və qəsəbələrin, kəndlərin təhlükəsizliyini timin etmək üçün1945-ci ilin iyun-sentyabr 
aylarında Cənubi Azərbaycanın bir sıra yerlərində silahlı fədai dəstələri yaratdılar. 
Milli demokratik qüvvələr mürtəce İran hakimiyyətinə qarşı mübarizə aparmaq üçün 1945-ci il 
sentyabrın 3-də Seif Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Demokratik Partiyasının yaradılması 
haqqında bəyanatla xalqa müraciət etdilər. Partiyanın proqramında İran dövləti tərkibində Azərbaycan 
inzibatı-təsərrüfat, 
mədəni 
müxtariyyəti 
verilməsi, 
bütün 
İranın 
siyasi 
həyatının 
demokratikləşdirilməsi, iqtisadi və sosial islahatların keçirilməsi vəzifələri irəli sürmüşdü. 
S.C.Pişəvəri 1917-1921-ci illərdə inqilabi hərəkatın görkəmli xadimlərindən olmuş, 1930-cu ildə 
İranda həbs edilərək 10 il həbsxanada yatmışdı. O, 1944-cü ildə Təbrizdə parlamentə seçilsə də, 
mandatı təsdiq etməmişdi. S.C.Pişəvəri Tehranda nəşrdə etdirdiyi Əjir qəzetində geniş publisistik iş 
aparmışdı. 
SSRİ-nin Cənubi Azərbaycanda milli-demokratik və azadlıq hərəkatının nəticələrində marağı var 
idi. İ.V.Stalin ADP-nın yaradılmasına və təşkilata S.C.Pişəvərinin rəhbər seçilməsinə razılığını 
bildirmişdi. O, AKMK-nın I katibi M.C.Bağırova Cənubi Azərbaycandakı milli-demokratik hərəkata 
maddi-mənəvi kömək haqqında tapşırıq vermişdi. Bu məsələlərlə bağlı 1945-ci ilin avqustunda Sovet 
Azərbaycanında M.C.Bağırovla S.C.Pişəvərinin görüşü olmuşdu. S.C.Pişəvəri tarixin Azərbaycan 
xalqının gələcək taleyi üçün verdiyi bu nadir imkandan istifadə etməyə razı olmuşdu. 
Cənubi Azərbaycanda Milli hökümətin yaranması və fəaliyyəti. 
1945-ci il sentyabrın 13-də ADP-nın ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət 
müvəqqəti komitə seçdi və ən qısa zamanda partiyanın birinci qurultayının çağırılmasını qərara aldı. 
Sentyabrın 5-dən ADP-nin mətbuat orqanı Azərbaycan qəzeti ana dilində çıxmağa başladı. ADP-nin 
yaranması, onun proqramı əhalinin ən müxtəlif təbəqələri içərisində rəğbətlə qarşılandı. Partiya 
sıralarına minlərlə fəhlə və kəndli, hətta bəzi mülkədarlar da daxil oldu. Oktyabrın 24-də ADP-nin 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin