Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 72 1941-ci il oktyabrın 11-də Cənubi Azərbaycanda yerləşdirilmiş Sovet ordusu hissələrindəki
azərbaycanlı zabit və əsgərlər üçün Təbrizdə Azərbaycan türkcəsində nəşr edilən Vətən yolunda və
Urmiyadakı Qızıl əsgər qəzetləri burada ana dili probleminin həllində, ədəbi dilin formalaşmasında
son dərəcədə mühüm rol oynadı. Bir çox şairlər doğma dildə yazıları ilk dəfə məhz Vətən yolunda
qəzetində dərc etdirildi.
1941-ci il oktyabr ayının ortalarında Təbrizdə Azərbaycan Opera və Balet Teatrının ilk qastrol
tamaşalarının başlanması ilə Azərbaycanın iki hissəsi arasında mədəni əlaqələrin möhkəm təməli
qoyuldu. Bunun ardınca Cənubi Azərbaycana dram teatr kollektivləri, musiqi və rəqs ansamblları,
ədəbiyyat, incəsənət, maarif və elm xadimləri gəldi. İkinci dünya müharibəsi illərində Cənubi
Azərbaycanın Əli Sabahi, Sahir, Balaş Azəroğlu, Əli Tudə, Məhəmməd Biriya kimi şair və yazıçıları
yetişdi. Bu sahədə Vətən yolunda qəzeti ilk məktəb rolunu oynadı.
1941-ci ilin sentyabr-oktabr aylarında Təbrizdə geniş xalq kütlələrinin mitinq, yığıncaq və
nümayişləri keçirildi. Sentyabrın 29-da Tehranda İran Xalq Partiyası yaradıldı. 1941-ci ilin noyabrı-
1942-ci ilin əvvəllərində İXP-nin Azərbaycandakı təşkilatlarını təşəbbüsü ilə müxtəlif ictimai-siyasi,
mədəni-maarif klubları, birlik və cəmiyyətlər yaradıldı və onlar hərəkatın əsas qüvvələrinə çevrildi.
Onların içərisində Azərbaycan cəmiyyəti, Azərbaycan zəhmətkeşlər təşkilatı, Demokratiya tərəfdarları
mərkəzi xüsusilə nüfuz qazandılar. Cənubi Azərbaycanda demokratik ruhlu qəzet və jurnallar nəşrə
başlandı. Azərbaycan cəmiyyəti və onun mətbuat orqanı olan Azərbaycan qəzeti demokratik və milli
qüvvələrinin səfərbər edilməsində mühüm rol oynadı.
Demokratik hərəkatın 1941-1945-ci illəri əhatə edən birinci mərhələsində bahalıq və
möhtəkirliyə, rüşvətxorluğa qarşı mübarizə aparılırdı. Bu mərhələdə hərəkatın əsas xüsusiyyəti milli
dərketmənin, milli şüurun misilsiz dərəcədə inkişafından ibarət idi. Xalq kütlələri məktəblərdə, dövlət
idarələrində Azərbaycan dilində danışmağa, yazıb-oxumağa başladı. 1942-1944-cü illərdə ən nüfuzlu
qəzetlər Azərbaycan dilində çıxırdı. Milli dil ideyası milli-azadlıq ideologiyasının sütunlarından biri
idi.
1945-ci ilin yayında Cənubi Azərbaycan demokratik hərəkatın ikinci mərhələsi başlandı.
Bu mərhələdə İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün milli-
demokratik hərəkatın düşmənləri ilə əlbir hərəkət edir, etnik toqquşmaları qızışdırır və vətəndaş
müharibəsi törətməyə can atırdılar. Demokratik qüvvələr mürtəce qüvvələrin hücumlarından
qorunmaq, şəhər və qəsəbələrin, kəndlərin təhlükəsizliyini təmin etmək üçün 1945-ci ilin iyun-
sentyabr aylarında Cənubi Azərbaycanın bir sıra yerlərində silahlı fədai dəstələri yaratdılar.
Milli demokratik qüvvələr mürtəce İran hakimiyyətinə qarşı mübarizə aparmaq üçün 1945-ci il
sentyabrın 3-də Seif Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Demokratik Partiyasının yaradılması
haqqında bəyanatla xalqa müraciət etdilər. Partiyanın proqramında İran dövləti tərkibində Azərbaycan
inzibatı-təsərrüfat,
mədəni
müxtariyyəti
verilməsi,
bütün
İranın
siyasi
həyatının
demokratikləşdirilməsi, iqtisadi və sosial islahatların keçirilməsi vəzifələri irəli sürmüşdü.
S.C.Pişəvəri 1917-1921-ci illərdə inqilabi hərəkatın görkəmli xadimlərindən olmuş, 1930-cu ildə
İranda həbs edilərək 10 il habsxanada yatmışdı. O, 1944-cü ildə Təbrizdə parlamentə seçilsə də,
mandatı təsdiq etməmişdi. S.C.Pişəvəri Tehranda nəşr etdirdiyi Əjir qəzetində geniş publisistik iş
aparmışdı.
SSRİ-nin Cənubi Azərbaycanda milli-demokratik və azadlıq hərəkatının nəticələrində marağı var
idi. İ.V.Stalin ADP-nın yaradılmasına və təşkilata S.C.Pişəvərinin rəhbər seçilməsinə razılığını
bildirmişdi. O, AKMK-nın I katibi M.C.Bağırova Cənubi Azərbaycandakı milli-demokratik hərəkata
maddi-mənəvi kömək haqqında tapşırıq vermişdi. Bu məsələlərlə bağlı 1945-ci ilin avqustunda Sovet
Azərbaycanında M.C.Bağırovla S.C.Pişəvərinin görüşü olmuşdu. S.C.Pişəvəri tarixin Azərbaycan
xalqının gələcək taleyi üçün verdiyi bu nadir imkandan istifadə etməyə razı olmuşdu.