Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Milli hökümətin həyata keçirdiyi əsas tədbirlər



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə80/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   76   77   78   79   80   81   82   83   ...   114
Azərbaycan tarixi

Milli hökümətin həyata keçirdiyi əsas tədbirlər: 1946-ci ilin fevralın 6-da verilən aqrar 
qanununa görə, xalisə-dövlət mülkiyyətində olan torpaqları kəndlilər arasında bölüşdürüldü. 
Mayın 12-də Əmək haqqında qanun verildi və zəhmətkeş əhalinin sosial vəziyyəti 
yaxşılaşdırıldı. 
1946-ci il yanvarın 16-da dil haqqında qanun verildi. Bu qanuna əsasən Azərbaycan ərazisində 
rəsmi dövlət dili Azərbaycan dili elan olundu. Ana dilində müxtəlif dərsliklər, ədəbiyyat, qəzet və 
jurnallar nəşr edildi, kitabxana və qiraətxana açıldı. 
1946-cı il iyun ayında Təbriz Universiteti təsis olundu. Milli hökümətin ən böyük nailiyyəti 
məhz milli mədəniyyət sahəsində oldu. 
Cənubi Azərbaycandakı milli demokratik hərəkatın İranın digər yerlərinədə yayılacağından 
ehtiyat edən İran höküməti bu hərəkatı boğmaq üçün təcili tədbirlər görməyə başladı. 
1946-ci ilin iyun ayında İran höküməti ilə Təbrizdə Milli hökümət arasında müqavilə imzalandı. 
Müqaviləyə görə, Milli hökümət əyalət əncüməni statusunu qəbul etdi. Lakin Tehran höküməti 
Azərbaycana qarşı geniş əks-kompaniyaya başlayaraq BMT-də İran məsələsinə baxılmasına, ABŞ və 
Böyük Britaniyanın İrana yardım göstərməsinə razılıq verilməsinə nail oldu. SSRİ-ni bitərəfləşdirmək 
üçün 1946-ci il aprelin 4-də Sovet dövləti ilə İranın şimalında neft axtarışı və çıxarılmasında onun 
iştirakı haqqında müqavilə imzalandı. Lakin 1947-ci ildə İran parlamenti bu müqaviləni təsdiqləmədi. 
BMT TŞ-nin tələbi ilə mayın 8-dən Sovet hərbi hissələri İran ərazisindən çıxarıldı. 
Görülən hazırlıqlardan sonra İran höküməti yeni parlamentə seçkilərdə qayda-qanunu təmin 
etmək bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeritdi. 
Fədai qoşunları ilə İran höküməti qoşunları arasında qanlı döyüşlər başlandı. Lakin Milli 
hökümət vətəndaş müharibəsinin qarşısını almaq üçün silahlı qüvvələrə döyüşü dayandırmaq 
göstərişini verdi. İran qoşunları dekabrın 12-də müqavimətsiz Təbrizə daxil oldu. Minlərlə fədai 
güllələndi, həbs olundu. ADP və Milli hökümətin rəhbərləri güllələndi və dar ağacından asıldı. 
Beləliklə Cənubi Azərbaycanda 1941-1946-cı illər azadlıq hərəkatı məğlubiyyətə uğradı. 
Böyük dövlətlər Cənubi Azərbaycan məsələsində öz maraqlarını üstün tutaraq İran hökümətinə 
güzəştə getdilər. Bu dövlətlər Cənubi Azərbaycanın milli-demokratik hökümətini imperiya 
mənafelərinə qurban verdilər. Hər üç imperiya maraqlarını bir xalqın gələcək taleyindən üstün tutdular. 
1946-ci il dekabrın 11-də zor gücünə SSRİ-yə gətirilən S.C.Pişəvəri 1947-ci ildə müəmmalı 
şəkildə Sovet Azərbaycanında avtomobil qəzasında həlak oldu. 
Boğulmuş milli-demokratik hərəkatın ictimai-siyasi və iqtisadi həyata təsiri altında İranda 
ingilislərin inhisarında olan neft sənayesinin milliləşdirilməsi uğrunda mübarizə başlandı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin