Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Mərkəzi Azərbaycanı cəzalandırmaq üçün aşağıdakı tədbirləri həyata keçirdi



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə90/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   86   87   88   89   90   91   92   93   ...   114
Azərbaycan tarixi

Mərkəzi Azərbaycanı cəzalandırmaq üçün aşağıdakı tədbirləri həyata keçirdi: 
1. Növbəti dəfə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırıldı. 
2. İrəvandakı Azərbaycan Pedaqoji texnikumu Xanlar (indiki Göygöl) rayonuna köçürüldü. 
3. Ermənistan Pedaqoji İnstitundakı Azərbaycan şöbəsi bağlandı. 
4. Ermənistanda Azərbaycan dilində çıxan qəzetlərin nəşri dayandırıldı və s. 
Mərkəz ermənilərin qaldırdığı .razi məsələsinə yenidən baxılmasının 30-a qədər milli münaqişə 
ocağı olan SSRİ üçün pis nəticə erəcəyini başa düşərək, Dağlıq Qarabağ məsələsini Azərbaycanın 
xeyrinə həll etdi. 
 
İqtisadi və sosial həyat 
İkinci dünya müharibəsi SSRİ-nin, o cümlədən Azərbaycanın iqtisadiyyatına mənfi təsir 
göstərmişdi. Bir çox sənaye müəssisəsi profilini dəyşib, hərbi sifarişləri yerinə yetirirdi. Neft hasilatı 
iki dəfə azalmış, kənd təsərrüfatında məhsul istehsalının səviyyəsi aşağı düşmüşdü. İndi əsas vəzifə 
təsərrüfatı bərpa və inkişaf etdirməkdən ibarət idi. 
Müharibənin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı aradan qaldırmaq üçün iqtisadiyyata 
əsaslı vəsait qoyuluşu bir neçə dəfə artırılmışdı. 
1948-ci ildə açıq dənizdə-Xəzər dənizində dünyada ilk dəfə mədən estakadaları quruldu. 1949-
cu il noyabrın 7-də Xəzər dənizdəki Neft Daşalrında ilk neft quyusu fontan vurdu. 
Beş il ərzində yeni neft emali müəssisələri, o cümlədən 1953-cü ildə yeni Bakı Neftayırma 
zavodu tikildi. 
Sumqayıt, Mingəçevir, Daşkəsən və Əli Bayramlı (indiki Şirvan) kimi yeni sənaye mərkəzləri 
yarandı. Sumqayıtda kimya, boru prokatı, sintetik kaiçuk zavodları tikildi. 
1945-1955-ci illərdə xeyli istilik və su-elektrik stansiyaları tikildi, nəinki Azərbaycanda, bütün 
Qafqazda ən böyük su elektrik stansiyası olan Mingəçevir SES 1954-cü ildə istifadəyə verildi. 1954-cü 
ildə Abşeron DRES (Dövlət Rayon Elektrik stansiyası). Daşkəsən dəmir filizi saflaşdırma zavodu 
istifadəyə verildi. 1951-ci Qarabağ sement zavodu işə düşdü. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin