Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə98/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   94   95   96   97   98   99   100   101   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 89 
İyunun 7-də keçirilən prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəyin qalib gəldiyi elan 
olundu. Tezliklə hakimiyyətdə xalq cəbhəsi - kommunist alyansını AXC-Müsavat tandemi əvəz etdi. 
Hakimiyyəti ələ almış qüvvələr onu saxlaya, möhkəmləndirə və ondan xalqın xeyrinə səmərəli 
istifadə edə bilmədilər. 
1993-cü ilin ortalarında respublikada 30-a qədər siyasi partiya, cəmiyyət və hərəkat fəaliyyət 
göstərirdi. Onlar arasında da qarşılıqlı konstruktiv münasibət yox idi. Cəbhələrdə vəziyyət gərginləşdi, 
ölkədə siyasi böhran daha da dərinləşdi. 
Surət Hüseynovun başçılığı ilə 1993-cü il iyunun əvvəllərində hərbi qiyam başlandı. Hökumətə 
tabe olmaqdan imtina edən bir qrup zabit S.Hüseynovun başçılığı ilə hələ aprelin 3-də Gəncədə "Hərbi 
Birlik" adlı hərbi-siyasi təşkilat yaratmışdı. Birlik, onun təsiri altında olan 709 saylı hərbi hissə Ali Baş 
Komandana və Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. 
Hökumət qüvvələri iyunun 4-də səhər saat 11-də qiyamçılara qarşı hücuma keçdi. Azərbaycan 
döyüşçüləri üz-üzə dayandı. 709 saylı hissənin kazarmaları dağıdıldı. Lakin qiyamçılar təşəbbüsü ələ 
aldılar. Hökumət qüvvələrindən 1200 nəfər və respublika prokuroru girov götürüldü. Qvardiyaçıların 
bir hissəsi avtobusa doldurulub gülləbaran edildi. Qardaş qırğınında 68 nəfər öldü, 150 nəfər yaralandı. 
Hökumət qüvvələri məğlub oldu. Qiyamçılar isə hökumətə və prezidentə qarşı "istefa" tələbi ilə 
paytaxta doğru yeriməyə başladılar. İyunun 14-də artıq qiyamçılar və hökumət qüvvələri Bakının lap 
yaxınlığında (Lökbatan yaxınlığında, Şamaxı yolunun 75 km-də) üz-üzə dayanmışdılar, atışma 
başlanmışdı. Hökumət danışıqlara getməyə məcbur oldu. Razılığa görə parlamentin sədri, baş nazir, üç 
güc nazirliyi rəhbərləri istefa verdilər. Ölkədə hakimiyyət boşluğu yarandı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin