Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə95/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   91   92   93   94   95   96   97   98   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 86 
MÖVZU 36 
Qondarma “Dağlıq Qarabağ” məsələsi və onun Azərbaycanın 
İctimai-Siyasi durumuna təsiri. Dövlət müstəqilliyinin bərpa edilməsi 
 
Mühafizəkar qüvvələrin 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhdi 
Azərbaycanda siyasi vəziyyəti daha da gərginləşdirdi. Azərbaycanı diz çökdürmək üçün təzyiqlərin 
artdığı bir vaxtda Moskvanın himayəsi ilə 1991-ci ilin əvvələrində qondarma ―Dağlıq Qarabağ 
Respublikası‖nın yaradıldığı elan olundu. 
1991-ci il avqustun 30-da çağırılmış Ali Sovetin növbədənkənar sessiyası ―Azərbaycan 
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə‖ qəbul etdi. 
Xalqın təkidi tələbi ilə H.Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinə sədr seçildi. 
1991-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının XXXIII fövqəladə qurultayında bu 
təşkilat özünü buraxdı. Ali Sovetin 1991-ci il oktyabrın 18-də çağırılmış sesiyası ―Azərbaycan 
Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt‖nı qəbul etdi. Bununla da 1920-ci ilin 
aprel ayında itirilmiş Azərbaycan dövlətçiliyi bərpa olundu. 
Azərbaycan Respublikasının dövlətçilik ənənələri bərpa edildikdən sonra: 
1) 18 oktyabrda rayon və şəhərlərdə icra hakimiyyəti başçısı vəzifəsi təsis olundu; 
2) Prezident idarəsi yaradıldı; 
3) Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk dövlət katibi akademik Tofiq 
İsmayılov təyin edildi. 
1991-ci il noyabrın 20-də Yuxarı Qarabağda Xocavənddə vəziyyəti yerindəcə öyrənmək üçün 
Azərbaycan Respublikasının dövlət katibi daxili işlər naziri, Baş prokuroru, Nazirlər Kabinetinin sədr 
müavini, SSRİ Müdafiə Nazirliyinin, Rusiya və Qazaxstanın bir neçə səlaliyyətli nümayəndəsini 
aparan vertolyotun erməni terrorçuları tərəfindən vurulub salınması respublikada siyasi vəziyyəti daha 
da gərginləşdirdi. 
1991-ci il noyabrın 26-da Ali Sovetdə 25 nəfər ―demokratik blok‖dan, 25 nəfər isə iqtidar yönlü 
deputatlardan ibarət Milli Şura yaradıldı. 
1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyinin yaradılması, SSRİ-nin beynəlxalq subyekt 
kimi varlığına son qoyulması və M.Qarbaçovun SSRİ prezidenti vəzifəsindən istefa verməsindən sonra 
dekabrın 29-da Azərbaycanda referendum keçirildi. Əhalinin əksəriyyəti referendumda Azərbaycanın 
dövlət müstəqilliyinə tərəfdar çıxdı. 
Dövlət müstəqilliyinin atributları olan Dövlət himni (1992-ci ilin mayında) və Dövlət gerbi 
(1993-cü ilin əvvəlində) təsdiq edildi. 1992-ci ildə Azərbaycanın Milli valyutası-manat dövriyyəyə 
buraxıldı. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan dövlət Türkiyə oldu. Sonra 
Ruminiya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və s. dövlətlər müstəqilliyimizi tanıdılar. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin