Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə103/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   99   100   101   102   103   104   105   106   ...   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 94 
MÖVZU 40 
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması. Qurtuluş hərəkatı. 
Siyasi sabitlik. Milli dövlətçiliyin möhkəmlənməsi.
Təzəcə yaranmış respublikada özünü büruzə verən özbaşınalıq, hakimiyyətsizlik və iqtisadi 
böhran şəraitində xalqın qabaqcıl qüvvələrinin başcılığı ilə ölkədə Qurtuluş hərəkatı başladı. Xalq 
böyük fəlakətin yaxınlaşdığını hiss edir və bütün ümidini Heydər Əliyevə bağlayırdı. 
91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da ―Səs‖ qəzeti vasitəsilə Heydər Əliyevdən böyük 
siyasətə qayıtmasını xahiş etdi. 
1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası 
(YAP) yaradıldı. 
Gəncə hadisələri (1993-cü ilin iyununda S.Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə 
Nazirliyinə tabe olmayıb qiyam qaldırdı), ölkənin şimal bölgəsi (separatçı ünsürlər ―Ləzgistan dövləti‖ 
yaratmaq ümidində idilər) və cənub bölgəsində gedən proseslər (Ə.Hümbətova tabe olan silahlı 
qüvvələr ―Talış-Muğan Respublikası‖ yaratmağa çalışırdı) Heydər Əliyevin hakimiyyətə gəlməsini 
tezləşdirdi. 
İyunun 9-da dövlət rəhbərlərinin kömək etmək haqqında müraciətindən sonra Heydər Əliyev 
Bakıya gəldi. O, ilk növbədə S.Hüseynovun başçılıq etdiyi hərbi müxalifəti zərərsizləşdirdi. 1993-cü il 
iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Həmin gün tarixə Milli Qurtuluş günü kimi 
daxil oldu. 
Prezident Ə.Elçibəy gecə heç kimə xəbər vermədən Bakını tərk edib, Ordubad rayonunun Kələki 
kəndinə getdi. 
İyunun 24-də Milli Məclis prezidentin səlahiyyətlərini də Heydər Əliyevə həvalə etdi. 
Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını almaq üçün manevr edərək S.Hüseynovu baş 
nazir vəzifəsinə təyin etdi. 1993-cü ilin avqustunda Ə.Hümbətovun 7 cənub rayonunda yaratdığı 
oyuncaq ―Talış-Muğan Respublikası‖ bölgə əhalisinin təşkil etdiyi mitinq vasitəsilə ləğv edildi. 
Ölkənin şimal-qərb sərhədində isə sadvalçılığa son qoyuldu. Bununla da Heydər Əliyev Azərbaycanı 
parçalanmaq təhlükəsindən xilas etdi. 
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə səs çoxluğu ilə Azərbaycan 
Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimini oktyabrın 10-da keçirən Heydər Əliyev 
ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin edəcəyini, əhalinin rifahını yaxşılaşdıracağını 
xalqa bəyan etdi. 
Heydər Əliyev uğurlu daxili və xarici siyasətindən narazı qalan əleyhdarlarının dövlət 
çevrilişlərinə cəhdləri boşa çıxdı. Respublikada sabitliyin pozulmasına imkan verilmədi. Bəzi 
çətinliklərə baxmayaraq respublikada demokratik dövlət quruculuğu prosesi davam etdirildi. 
Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət 
etdi, onu ölkənin qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. 
Könüllülərdən ibarət ordu cəbhəyə göndərildi. 
1993-cü il noyabrın 23-də Milli Şura "Müdafiə haqqında" Qanun qəbul etdi. Qanunda ordu 
quruculuğunda məsul vəzifəli şəxs və orqanların fəaliyyəti sistemləşdirildi, məsuliyyət sahələri 
dəqiqləşdirildi. 
1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu müvəffəqiyyətli əməliyyatlar nəticəsində Füzuli 
rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad etdi, hücumu genişləndirib 
Cəbrayıl rayonu ərazisinin bir hissəsini, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, 
Çənli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələrini 
azad etdi. 
1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında gedən elan edilməmiş müharibədə 
atəşkəs əldə olundu. Azərbaycan ordu quruculuğunu genişləndirmək məqsədilə vaxt qazanmaq üçün 
bu addımı atdı. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin