Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə111/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   106   107   108   109   110   111   112   113   114
Azərbaycan tarixi

Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 102 
MÖVZU 43 
 
Heydər Əliyevin uğurlu siyasəti 
 
Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin rəhbərliyə yenidən qayıdışı ilə ölkənin 
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. 
Heydər Əliyev iqtisadi tənəzzülün qarşısını almaq üçün tədbirlər gördü. 1994-cü ilin iyul ayında 
―Əhalinin sosial müdafiəsi haqqında‖ qanun qəbul edildi. 
1994-cü il aprelin 5-də xarici ticarətin sərbəstləşdirilməsi haqqında, 1995-ci ilin fevralında isə 
valyuta bazarı haqqında fərman verildi. 
Dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığa dair dövlət proqramlarının 
qəbul edilməsi nəticəsində respublikada ümumi daxili məhsulun 60 faizdən çoxu özəl müəssisələrdə 
istehsal olunurdu. 
İqtisadiyyatda struktur dəyişikliklərinin mühüm istiqamətlərindən biri aqrar islahatın həyata 
keçirilməsi oldu. 1996-cı il iyulun 16-da ―Torpaq islahatı haqqında‖ qanun qəbul edildi. Bu qanuna 
görə, bütün postsovet respublikalarından fərqli olaraq torpaq kənddə yaşayan vətəndaşların xüsusi 
mülkiyyətinə pulsuz verildi. 
Əsası Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulan neft strategiyası 1998-2002-ci illərdə 
dinamik inkişaf mərhələsinə qədəm qoydu, 15 dövlətin 33 neft şirkəti ilə müqavilələr bağlandı. 
2001-ci ilin martında Azərbaycan qazının Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə dünya 
bazarına çıxarılması – tranziti, nəqli və satışı haqqında Türkiyə Cümhuriyyəti ilə, sentyabr ayında isə 
Gürcüstan Respublikası ilə sazişlər imzalandı. Uzunluğu 1050 km olan bu nəhəng layihənin inşasına 
2003-cü ilin fevral ayında başlandı. 
2002-ci ilin sentyabr ayında Azərbaycan neftinin dünya bazarına nəql edilməsini təmin etmək 
üçün uzunluğu 1730 km olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin 
təməli qoyuldu. Gürcüstanda bu münasibətlə mərasim 2003-cü ilin mayında keçirildi. 
Beynəlxalq iqtisadi əlaqələr yaradılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin 
möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin həllinə nail olunması bu mərhələdə dövlətimizin 
xarici siyasətinin ana xətti olub. 1993-cü ilin əvvəlində Azərbaycanın dövlət müstəqilliyini artıq 116 
dövlət tanımış, 70 xarici dövlətlə əlaqələr qurulmuşdu. 
Respublikamız 1991-ci ildə İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi 
Əməkdaşlıq Təşkilatına və həmin ilin iyun ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq 
Müşavirəsində (ATƏM) qoşuldu. Martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu. 
Heydər Əliyevin bir çox ölkələrə rəsmi və işgüzar səfərləri diplomatiya tariximizdə yeni 
mərhələnin başlanğıcı oldu. 
Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də MDB-yə daxil oldu. 1994-cü ildə NATO-
nun ―Sülh naminə tərəfdaşlıq‖ proqramına qoşuldu. 1994-cü ilin dekabr ayında Macarıstanın paytaxtı 
Budapeştdə keçirilən sammitdə Ermənistan-Azərbaycan münaqişəsini sülh olu ilə həll etmək üçün 
ATƏT-in Minsk qrup həmsədrləri təsisatı yaradıldı.
1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, 
Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və Yunanıstanın neft şirkətlərinin daxil olduğu konsorsium 
arasında Xəzər dənizinin Azərbaycan sektorunda ―Azəri‖, ―Çıraq‖ və ―Günəşli‖ yataqlarının birgə 
işlənməsi haqqında tarixə ―Əsrin müqaviləsi‖ adı ilə daxil olan saziş imzalandı. 
Azərbaycan neftinin Avropa bazarına çıxarılması üçün Bakı-Novorossiysk və Bakı-Supsa 
(Gürcüstan) neft kəmərləri çəkildi. 
ABŞ-ın Ki-Uest şəhərindəki danışıqlarda Prezident Heydər Əliyevin qətiyyətli mövqeyi 
sayəsində ABŞ Dövlət Departamenti, gec də olsa, 13 ildən sonra Ermənistanı təcavüzkar kimi tanıdı. 
1996-cı ilin dekabrında keçirilmiş ATƏT-in Lissabon sammitində 54 ölkədən 53-ü Dağlıq 
Qarabağ münaqişəsinin həllinə dair qəbul edilən bəyanatda Azərbaycanın ərazi bütövlüyü prinsipini 
dəstəklədi. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin