Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 103 Lissabon sammitindən sonra Minsk qrupunun işinə ABŞ, Rusiya, Fransa həmsədrlik etməyə
başladı.
1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova birlikdə GUAM adlanan təşkilat
yaratdılar. Bu təşkilatın ilk sədri Prezident Heydər Əliyev seçildi.
1998-ci il sentyabrın 8-də Bakıda tarixi İpək Yolunun bərpası üzrə 32 ölkə, 13 beynəlxalq
konfrans keçirildi. Bu konfransda ―Avropa-Qafqaz-Asiya‖ dəhlizinin inkişafı üzrə beynəlxalq
nəqliyyat şəbəkəsi haqqında çoxtərəfli saziş və Bakı Bəyannaməsi imzalandı.
1999-cu ildə İstanbulda Bakı-Ceyhan əsas ixrac neft kəməri haqqında saziş imzalandı.
Müstəqillik qazandıqdan sonra bütün dünya azərbaycanlılarının milli hüquqlarının qorunması və
təmin edilməsi üçün geniş imkanlar açıldı. 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya
Azərbaycanlılarının I qurultayı keçirildi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş
soydaşlarımızın bir araya gətirilməsi istiqamətində atılmış ilk ciddi addım oldu. Milli Məclis ―Xaricdə
yaşayan azərbaycanlılara münasibətdə Azərbaycan Respublikasının dövlət siyasəti haqqında‖ qanun
qəbul etdi. 2002-ci ilin iyulunda Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi
yaradıldı.
Azərbaycan dilinin, mədəniyyətinin inkişafına, dövlət qayğısının artırılması, tariximizin obyektiv
mənzərəsinin yaradılması və s. kimi milli şüuru və milli ruhu zənginləşdirən özünəqayıdış prosesi
Heydər Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində reallığa çevrilmişdir.
«Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmətdə görürəm» - deyən Heydər Əliyev bu gün
bütün Azərbaycan xalqının ümid yeri, güman yeri, inam və iman yeridir, gələcək
müvəffəqiyyətlərimizin və uğurlarımızın, potensial qələbələrimizin başlıca təminatçısıdır.